Qaynar Məqalələr

Xroniki prostatit

12986961_1140807745938482_8671216737654022219_n

Xroniki prostatit yaxşı müalicə olunmamış kəskin prostatitin nəticəsidir. Əksər hallarda xroniki prostatit gizlincə prostat vəzində durğunluq nəticəsində süst gedişə malik iltihabi proses kimi gedir və və son nəticədə vəzin çapıq-sklerotik dəyişikliklərinə səbəb olur. Xroniki prostatit üçün axacaqların tutulması nəticəsində folikulyar sistemdə durğun sekretlə dolu genişlənmiş boşluqların olması xarakterikdir.
Klinikası:
Xroniki prostatitli xəstələrin ən çox narahatlığı aralıqda, büzdümdə, düz bağırsaqda sızıldayıcı ağrılarla xarakterizə olunur. Ağrılar xarici cinsiyyət orqanlarına irradiasiya edir. Eyni zamanda sidik kanalında yanğı, xoşagəlməz hissiyyat xüsusən səhərlər müşahidə olunur. Bəzi xəstələrdə defekasiyadan yaxud siyimədən sonra sidik kanalından prostat şirəsi axır. Bunun da səbəbi vəzin çıxarıcı axarının saya əzələlərinin tonusunun aşağı düşməsidir. Ağrı uzun müddət oturaq vəziyyətdə olduqda çanaq üzvləri və prostatda qan dövranı durğunluğu ilə əlaqədar baş verir. Xəstələr yeridikdə ağrı keçir. Bəzi hallarda xroniki prostatit vəzin daşı ilə yaxud toxumda kalsinatların əmələ gəlməsi ilə ağırlaşır, bu da xəstəliyin gedişatını pisləşdirir. Əksər hallarda xroniki prostatiti olan xəstələrdə eriktil disfunksiyaya aid şikayətlər (ereksiyanın kifayətsizliyi) müşahidə edilir. Bundan başqa xəstələrdə əksər hallarda nevrosteniya halları, yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi aşkar edilir. Rektal müayinədə prostat vəzi paylarının fərqli böyüməsi, bərkimə sahələri və ağrı aşkar edilir.
Müalicəsi:
Xroniki prostatitin müalicəsi kompleks şəklində aparılmalı, ümumi gücləndirici, immunstimullaşdırıcı və antibakterial terapiyadan ibarət olmalıdır. Həmcinin yerli olaraq da müalicə aparılmalıdır. Infeksiya ilə mübarizədə geniş spektrli antibiotiklərdən, kimyəvi antibakterial preparatlardan, ftorxinolonardan istifadə olunur. Prostatda əmələ gələn çapıq sklerotik dəyişikliklərin qarşısını almaq məqsədilə uzunmüddətli müalicə təyin edilir. Bədənin immun qabiliyyətini yüksəltmək də lazımdır. Dərman müalicəsi yerli və fizioterapevtik təsirlərlə müştərək ağarılır. Xəstəyə isti vannalar, rektal palçıq tamponları, prostat vəzin masaj olunması və s. tövsiyyə olunur. Həmçinin xroniki prostatitdə vəziyyət ultrasəslə təsir etməkdən və iynə sancmadan istifadə edilir. Xəstələrə aktiv rejm tövsiyyə olunur, pəhrizdə kəskin yeməklərdən və alkoholdan imtina etmək tapşırılır. Müalicə uzun müddətlidir.

immunitet.az

loading...

Məsləhət Görürük

ciyelek

Bu meyvələr seks hormonlarının sayını yüksəldir

Bu meyvələr seks hormonlarının sayını yüksəldir Keçibuynuzu Az sayda və zəif olan spermalara güclü təsiredici …

Яндекс.Метрика

Designed by F.Aliyev