Qaynar Məqalələr

Spastik iflic

12932996_1141219349230655_2748534185992089017_n
Onurğa beyinin yan və ön çiyinlərində piramid yolların ikitərəfli zədələnməsi ilə səciyyələnən , xroniki iknkişaf edən irsi degenerativ sinir sistei xəstəliyidir.
ETİOLOYİYA VƏ PATOGENEZİ: Xəstəlik autosom-dominant, nadir hallarda isı autosom-resessiv və cinslə (X xromosomla) ilişmiş tip üzrə irsən keçir.
Daha çox onurğa beyinin bel və döş şöbələri, az hallarda isə baş beyin şöbələri zədələnir. Ön mərkəzi qırışın qabıq hüceyrələrində , onurğa beyinin ön buynuzlarında, beyincik ötürücülərində degenerativ dəyişəkliklər mümkün olur.
KLİNİKASI:  Xəstəlik tədricən əsasən həyatın ikinci onilliyində inkişaf etsə də , xəstəliyin nə vaxt başlaması barədə tam məlumat yoxdur. Əvvəlcə ayaqlarda hərəkət məhtudluğu, sonralar isə yeriş zamanı tez yorulmaq baş verir. Xəstəlik inkişaf etdikcə əlamətlər gücləir. Səciyyəvi yeriş inkişaf edir, pəncələr deformasiyalara uğrayır. Getdikcə aşağı ətraflarda zəiflik artır, ancaq aşağı ətrafların iflici baş vermir. Xəstəlrin müayinəsi zamanı vətər reflekslərinin artması müşahidə olunur, hissiyyat pozulmaları isə olmur. Bəzən görmə və göz-hərəki sinirlərin zədələnmə əlamətləri görünür.
DİAQNOSTİKASI:  Xəstəliyin ailəvi xarakter daşıdığı və tipik klinik mənzərənin olduğu hallarda diaqnoz qoymaq heç də çətinlik törətmir. Xəstəliyin irsi xarakter daşıması haqda məlumat həlledici əhəmiyyət kəsb edir. Klinik mənzərədə aparıcı rol onurğa beyinin arxa şöbələrində zədələnmələr müşahidə olunur. Xəstəlik tədricən inkişaf edir. Xəstəliyin gedişi erkən başlayarsa bədxassəli olur, gec başlayarsa isə hipertoniya və hiperrefleksiya, hərəki pozulmaları baş verir.
MÜALİCƏSİ:  Əlamətlərə ğörə müalicə aparılır. Əzələ tonusunu aşağı sala dərmanlardan , fizioterapevtik müalicə üsullarından istifadə olunur.  Nöqtə masajı, refleksoterapiya, müalicə idmanı məsləhət görülür.

immunitet.az

loading...

Məsləhət Görürük

bas

Gərginlik səbəbli baş ağrıları

Gərginlik səbəbli baş ağrıları. Bu cür baş ağrıları çiyin və boyun əzələlərinin gərginləşməsi səbəbindən baş …

Яндекс.Метрика

Designed by F.Aliyev