Qaynar Məqalələr

Siflis

12932743_1141211585898098_3358996031001723389_n
Siflis cinsi yolla yoluxan, zöhrəvi xəstlikdir. Xəstəliyin əmələ gəlməsində Treponema pallidum törədiciləri rol oynayır. Xəstəlik gizli gedişə malik olub tədricən inkişaf edir. Uzun müddət davam edərsə sinir sisteminin və daxili orqanların zədələnməsinə gətirib çıxara bilir.
Xəstəlik əsasən cinsi yolla yoluxur. Cinsiyyət orqanında siflis xəstəliyi olan şəxs xəstəliyin birincili yoluxdurucusu sayılır. Bundan başqa siflif xəstə hamilə anadan bətndə daşıdığı körpəyə də yoluxa bilir. Məişət alətləri ilə yoluxma halları təsadüfən baş verir (unitaz və s.) .Çünki xəstəlik törədən mikroblar insan orqanizmindən kənarda məhv olurlar. Xəstəliyin 3 dövrü müəyyən edilmişdir:
-birinci
-ikinci
-ücüncü
Xəstəliyin birinci dövrü gizli dövrüdür. Bu 2-6 həftə olur. Simptomları müxtəlif olub xəstəliyin dərəcəsindən asılıdır. Xəttəlik gizli dövrünü başa vurduqda yoluxmuş yerlərdə yaralar şəklində meydana çıxır.
Xəstəliyin ikinci dövrü yaraların meydana gəlməsindən 4-10 həftə sonra başlayır. Bu dövr bədəndə solğun simmetrik səpgilərlə özünü göstərir. Səpgilər təkcə ovucun içində və ayağın altında olmur. Səpgilərlə birgə xəstədə baş ağrıları, narahatlıq hissi, tempraturun qalxması müşahidə edilir. Xəstələrin bütün limfa düyünləri böyüyür, saçlarl tökülməyə başlayır.
Xəstliyin ücüncü dövrü infeksiyanın yoluxmasından uzun illər sonra başlayan dövrdür. Bu zaman xəstənin sinir sistemi, sümük sistemi və daxili orqanları zədələnmiş olur.
Hamiləlik dövründə ana siflisə yoluxmuşsa doğulan uşaq da siflis xəstəsi olur.
DİAQNOZU:  Diaqnozunda qanın analizi mühüm rol oynayır.
MÜALİCƏSİ: Müalicəsi xəstəliyə uyğun və kompleks şəkildə aparılır. Xəstəyə antibiotoklər, immunoterapiya, müqavimət artırıcı dərmanlar təyin olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev