Qaynar Məqalələr

Qlaukoma

12928196_1140803595938897_5705443883532147046_n

Qllaukoma- ən ağır göz xəstəliyi olub, gözün daxili təzyiqinin daima və ya arabir artması, görmə sahəsinin özünəməxsus dəyişiliklərinin əmələ gəlməsi, görmə siniri məməciyinin atrofiya və ekskovasiyasının əmələ gəlməsi ilə xarakterizasiya olunur.
Qlaukoma – qədim yunan sözü olub yaşıl deməkdir. Lakin qlaukomalı xəstələrdə bəbək kənarında sarımtıl –yaşıl refleks alınır.
Qlaukomanın əsas 3 növü olur:

-anadangəlmə

-birincili glaukoma

-ikincili glaukoma
Anadangəlmə glaukomada gözdə ön kamera bucağının, əsasən mayenin dövr etməsində iştirak edən yolun anadangəlmə qüsurlu olması və ya tam inkişaf etməməsi nəticəsində baş verir. Həm bu, həm də ikincili qaukomada gözun müəyyən xəstəlikləri nəticəsində gözün daxili təzyiqi artır. Birincili qlaukomada isə gözdə heç bir mexaniki səbəb olmadan mayenin dövr etməsi pozulur və təzyiq artır.
Simptomları:
Qlaukomanın əsas simptomları gözün gözün daxili təzyiqinin artması ilə əlaqədar olaraq əməiə gəlir ki, nəticədə gözün daxilində maddələr mübadiləsi prosesi pozulur, görmə sahəsi daralır və kor ləkə böyüyür. Gözün daxili təzyiqinin artması qlaukomanı əsas simptomudur. Bununla yanaşı gün ərzindəki( səhərlə axşam) fərq 5-6 mm olur və gözün təzyiqi uzun müddət yüksəkdə qalır.
Diaqnostikası:

Qlaukomanın ilk dövrlərdə təyin edilməsi, vaxtında aparılan müalicə gormə funksiyasını uzun müddət saxlanılmasına kömək edir və xəstəni korluqdan xilas etmiş olur. Qlaukomaya şübhəli olan xəstələri stasionar şəraitində ən dəgiq müayinədən keçirmək lazımdır.
1. Sistematik olaraq tonometriya etməli, gün ərzində oftalmotonusun necə dəyişməsini müəyyənləşdirməli
2. Elastono metriya-yəni təzyiq 5;7, 5;10, və 15 q yüklə ölçülməlidir.
3. Kor ləkənin böyüməsi ilk dövrlərdə baş verir. Onun ölçüləri və oftalmotonus müəyyən edilir və bir sıra metodlarldan diaqnostikada istifadə edilir.
Müalicəsi:
Müalicəsi əsasən , gözün daxili təzyiqini azaltmaq məqsədilə aparılmalıdır. Müalicə zamanı təzyiqi azaltmaqla yanaşı, qan dövranını və maddələr mübadiləsini yaxşılaşdıran preparatlardan istifadə etmək lazımdır.
Konservativ müalicə, ilk növbədə, hipotenziv preparatlardan ibarətdir.
Aparılan müalicə ilə yanaşı qiaukomalı xəstələr müəyyən rejim daxilində yaşamalıdırlar.Belə xəstələrə ağır fiziki iş, isti sexlərdə işləmək olmaz. Uzun müddət qaranlıq mühitdə qalmaq, kinoya getmək, televizora isə işıqlı otaqda baxmaq məsləhətdir.
Əgər konservativ müalicə effekt vermirsə cərrahi əməliyyat aparmaq lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev