Qaynar Məqalələr

Nevroz

12928242_1141213159231274_7278158088227169557_n
Nevroz – insanın emosional , funksional pozğunluqlarala təzahür edən psixogen xəstəliyidir. Xəstəlik şəxsiyyətin xüsusiyyətləri və psixoloji müdafiə mexanizmlərinin çatışmazlığı fonunda özünü göstərir. Nevrozun etioloji amili dəqiq fərdi psixogen təsirli psixi zədələr hesab olunur. Belə ki, mühitin bu və ya başqa gərgin şəraiti hamıya təsir göstərsə də heç də həmişə nevrozun inkişaf erməsinə səbəb olmur. Xəstəlik halları qorxu və həyəcana meyilli , emosional şəxslərdə baş verir . Nevrozlar daha çox orqanizmdə endokrin dəyişmələr dövründə (həddi-büluğ dövrü, hamiləlik, klimakterik dövr) baş verir. Nevrozun əmələ gəlməsində nevrotik konfliktlərin rolu böyükdür.
Ənənəvi olaraq nevrozun 3 forması ayırd edilir:
– Nevrasteniya
– İsteriya
– Sayrışan hallar
DİAQNOZU: Xəstəyə diaqnozun qoyulmasında əsəbi gərgin şəraitin, şəxsiyyəti testlərin köməyi ilə yoxlamağın, xəstədə nevrotik konfliktlərin olmasının müəyyən edilməsinin böyük rolu var.
NEVRASTENİYA: Bu cür nevroz pozulmalar artan fiziki və psixi yorğunluqlar şəklində təzahür edir. Bu zaman xəstənin yaddaşı və diqqəti zəifləyir, onda yorğunluq , əsəbilik, dəyişkən əhval –ruhiyə xarakterizə olunur. Yuxu pozulmaları, yuxuya getməyin çətinləşməsi, səthi yuxu, tər ifrazı, cınsi fəaliyyətin pisləşməsi və meyilin azalması xəstəliyin ən çox narahatedici xüsusiyyətlərindəndir.
İSTERİYA-İSTERİK NEVROZ:  Zəif bədən quruluşlu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik, qeyri dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında olan ən mühüm cəhət onların ətraf mühütü özlərinə cəlb etmək istəməsidir.
Xəstələrdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, ədəb, insanpərvərlik kimi sırf insani keyfiyyətlər zəifləyir, inkişaf etmir. Eqoizm, özünə vurğunluq , cinsi həvəsin artması, qarınqululuq və digər alçaq hissiyatlar ön plana keçir. Əhval ruhiyyə tez – tez dəyişir, isterik nevrozun klinik simptomlarından aşağdakılar da mühüm rol oynayır:

-Nitq pozulmaları, ikigörmə, duyğu pozulmaları, isterik qıcolmalar, həyəcan zamanı səsin xırıltılı olması.

SAYRIŞAN HALLAR NEVROZU:  Bu patoloji halın klinikasında qorxular üstünlük təşkil edir. Fobiyaların bir çox növləri var:  xəstəliklərdən qorxma, qaranlıqdan qorxma, iti alətlərdən qorxma, qapalı yerlərdən qorxma, hündürlükdən qorxma və s.Sayrışan hallar nevrozunun az təsadüf olunan, ancaq tipik kliniki əlamətlərlə təzahür edən forması fikirlər, xatirələr, şübhələr.Sayrışan hallar nevrozunda xəstələrdə daima əsəbilik, yorğunluq, diqqətin cəmlənməməsi, yuxu pozulmaları olur. Həyəcanlı vəsvəsə, qorxu, qətiyyətsizlik, özünə inamsızlıq bu xəstəliyin əsas əlamətlərindəndir.Xəstəlik aylarla, illərlə davam edə bilir.
MÜALİCƏSİ:  Nevrozların müalicəsi xəstəliyin növünə, əlamətlərinə, gedişatına uyğun oaraq nevropatoloq , psixoterpevt tərəfindən aparılır.

immunitet.az

loading...

Məsləhət Görürük

14063815_280619148977900_714207152020127804_n

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin …

Яндекс.Метрика

Designed by F.Aliyev