Qaynar Məqalələr

Dərinin sağlamlığı üçün bəzi maska və vasitələr

12321405_1141227409229849_4782032915512262351_n

Dərinin sağlamlığı üçün bəzi maska və vasitələr.
—Qara nöqtələrdən xilas olmaq uçün limon şirəsi.
Üzdə olan qara nöqtələrdən xilas olmaq üçün buxar vannasından sonra üzü limon şirəsinə batırılmış pambıq tamponla təmiz silmək lazımdır. Prosedur bir neçə günə aparılır. Dəri yağlıdırsa,prosedurdan sonra üz spirtli losyonla silinir.
—Geniş məsaməli və qırışlı yağlı dəri üçün hind maskası.
1 çay qaşığı bal , bir qədər isti süd , kartof nişastası və duz götürülür, sıyıq halına düşənə qədər qarışdırılır. Qarışıq qurtarana qədər pambıq tamponla qatbaqat üzə çəkilir. 20-25 dəqiqədən sonra üz əvvəlcə isti, sonra soyuq su ilə yuyulur. Maska qırışları hamarlaşdırır və dərini təravətləndirir.
—Civzə, yanıq, döyənək gözaltı torbaların müalicəsində kartof şirəsi.
Kartof qabığı soyulur, sürtgəcin xırda gözündən keçirilir və tənzifdən sıxaraq suyu çıxarılır. Alınan məhlul üzə çəkilir və ya tənzif salfet ona batırılaraq lazım olan nahiyələrə qoyulur. Kartof şirəsi iltihab əleyhinə təsir göstərir, civzə, yanıq, ağrılı döyənəklərin müalicəsində istifadə olunur, gözaltı torbaları aradan qaldırır. Şirəni yulaf və ya buğda unu ilə qatıb maska kimi 15-20 dəqiqə müddətində üzə qoymaq olar.
—Quru və solğun dəri üçün kök və ballı maska.
1 ədəd kök sürtgəcin xırda gözündən keçirilir,1 çay qaşıgı bal qatılir.Alınan kütlə üz və boyun nahiyəsinə çəkilir, 20 dəqiqədən sonra isti su ilə yuyulur.Üz dərisi soyuq suya batırılmış pambıq tamponla silinir.
—Solğun dəri üçün yerkökü ilə maska
Kök sürtgəcin xırda gözündən keçirilir, alınan kutlə üzə və boyuna çəkilir, üzərinə tənzif salfet qoyulur.15-20 dəqiqədən sonra sərin su ilə yuyulur və qidalandırıcı krem çəkilir. Maska istənilən dəri üçün , o cümlədən solğun, iltihablı, civzəli dəri üçün yararlıdır.
—İstənilən dəri üçün təravətləndirici və hamarlaşdırıcı maska
2 ədəd kök sürtgəcin xırda gözündən keçirilir, 1-2 qaşıq nişasta və ya təzə hazırlanmış kartof püresi və yumurtanın sarısı əlavə edilir. Qarışıq təmizlənmiş üz dərisinə çəkilir və 20 dəqiqə saxlanılır. Əvvəl isti, daha sonra soyuq suilə yuyulur. Maskanın özəlliyi ondan ibarətdir ki, ondan tez-tez istifadə etmək olar.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev