Qaynar Məqalələr

Toksiplazmoz

12494710_1140753415943915_278513291421431337_n

Toksiplazmoz zoonoz xəstəliklər qrupuna aid olub , ibtidailər (Toxoplazma gondi) tərəfindən törədilir , sinir sisteminin və daxili üzvlərin ağır dərəcədə yoluxması ilə xarakterizə olunur.
EPİDEMİOLOGİYASI:  İnsanlar bu xəstəliyə heyvanlardan yoluxur. Əsasən pişiklər bu parazitin yoluxdurucusu olurlar. Toksiplazma pişiklərin nazik bağırsağının epitelisində sistalaşır və onun törədiciləri nəcislə xaric edilir. Yoluxma zədələnmiş dəri və selikli qişa yolu ilə, damcı yolu ilə buğumayaqlıların sancması zamanı baş verir. Bətndaxili yoluxma – parazitin cift vasitəsilə dölə kaçməsi nəticəsində baş verir.
PATOGENEZİ:  Toksiplazma insanın nazik bağırsağında inkişaf edərək, limfogen və hemotogen yolla yayılır.Parazit qısa bır zamanda qanla daxili üzvlərə keçərək onlarda iltihabi dəyişikliklər törədir.Mərkəzi sinir sistemi, gözün tor qişası,qara ciyər və miokard əzələsi xüsusən tez tez zədələnir.Bu üzvlərdə toksiplazma hüceyrə daxilində yerləşir.İnsan üçün əlverişsiz şərait yarandıqda və orqanizmin immun səviyyəsi aşağı düşdükdə parazitlər fəallaşmğa başlayırlar.
Mərkəzi sinir sisteminin daha kobud morfoloji dəyişikliyi adətən uşaqlarda baş verir. Makroskopik müayinədə mədəciklərin genişlənməsi ilə periventrikulyar nekroz sahələri aşkar edilir.Ağır hidrosefaliya yarımkürələrin deformasiyasına və nazikləşməsinə səbəb olur.Mikroskopik müayinədə bütövlükdə baş beyin və onurğa beyinə yayılmış iri epiteloid hüceyrələr , monositlər , limfositlər və enzofalitlərdən təşkil olunmuş milliar qranuloaların olması xarakterikdir.
KLİNİKASI:  Toksiplazmozla yoluxma istənilən yaşda mümkündür. Xəstəlik ən çox uşaqlarda müşahidə olunur. Toksiplazma anadangəlmə olarsa əlamətlər uşağın həyatının ilk günlərindən bəlli olur .Belə uşaqlarda zəiflik, üzülmə, psixi pozğunluqlar, mikrosefaliya,gözdə qüsurlar və s olur. Qara ciyərin və dalağın böyüməsi, qanda bilirubinin miqdarı arta bilir. Anadangəlmə toksiplazmozlu xəstə uşaqlar əqli inkişafdan geri qalırlar.
Qazanılmış toksiplazmozda inkubasiya dövrü 3-10 gün olur. Xəstəliyin ilk günlərində xəstədə ümumi halsızlıq, əzələ və oynaq ağrıları üşütmə, tempratur müşahidə edilir . Daha sonra miokardit, pnevmoniya, ocaqlı nefrit, hepatit əmələ gəlir . Xəstəlik kəskinləşdikcə meningit, ensefalit, ensefalomielit baş verir.
DİQANOZU:  KT zamanı zədələnmiş nahiyələrdə abseslər, kalsinatlar, nekroz ocaqlar aşkar edilir, dərialtı toksiplazma sınağının nəticələrinə baxılır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev