Qaynar Məqalələr

Sistiserkoz

12923285_1140749095944347_8709098872541938326_n
DONUZ SOLİTÖRÜ
Sistiserkoz sinir sistemiin parazitar xəstəliyi olub ,donuz solitörü yumurtalarının mədə-bağırsaq yoluna düşməsi nəticəsində baş verir. Sistiserkozun insanda daha çox baş beyin, göz və əzələ lokalizasiyası rast gəlinir. Parazitin insan beynində yaşaması 5-30 il ola bilir.
Patologiyası:  Sistiserk 3-15 mm ölçüdə qovuqcuq olub , şəffaf maye ilə doludur. Qovuqcuğun qişası çox sıxdır, onun daxili səthidən qarmaqcıq və əmzikləri olan parazit bayıra çıxır. Parazitlərin sayı beyində birdən bir neçə yüzə qədər ola bilir. Sinir sisteminin parazitlə yoluxma dərəcəsi xəstənin immun sistemindən . Parazitin daxil olmasına cavab verən iltihabi reaksiyanın dərəcəsindən , beyin toxumasında necə lokalizasiya eləməsindən asılıdır. Beyində sistiserkləri əhatə edən toxuma və damarlarda iltihabi proses qeyd olunur və ətrafında fibroz kapsul əmələ gəlir. Vaxt ötdükcə iltihab yox olur sistalar kalsiumlaşır.
PATOGENEZİ:  Hörümçək toruna bənzər qişa altında yerləşmiş sistalar bazal sisternalarda xeyli iltihabi proses törədir,bunun nəticəsində hidrosefaliya və arteriyaların trombozu inkişaf edir.Mədəcikdaxili sistalar ayaqcıqları ilə mədəciyin divarından sərbəstcə yapışıb qalır , sinir sisteminin hərəkətini çətinləşdirirlər.
KLİNİKASI: Qovuqcuqlar kiçik ölçülü olduğundan və sıx yerləşmədiyindən kliniki mənzərəsində əsasən qıcıqlanma əlamətləri müşahidə olunur. Belə ki xəstələrdə səthi parezlər, az dərəcədə hissiyat pozğunluqları , yüngül afatik pozulmalar qeyd olunur. Xəstələrdə qıcolmalar qeyd olunur ki, tutmaların sayının çox olması baş beyin qabığında çoxlu ocaqlar olduğunu sübut edir. Müxtılif şəkilli psixi pozğunluqlar olur, depressiya,hallüsinasiya baş verir.
GEDİŞİ: uzunsürən, dalğavari və kəskin ifadə olunan gedişə malik pisləşmə və ya fasilələrlə yaxşılaşma ilə
müşayət olunan bir xəstəlikdir.
DİAQNOZU: Diaqnoz qoymaq çətin olur. Çünki, xəstəlik meningit, hidrosefaliya və epilepsiya kimi xəstəliklərin əlamətləri ilə eyni klinikaya malikdir. Kəllənin rentgeni, KTvə MRT –nin nəticələri diaqnozu dəqiqləşdirməkdə mühüm rol oynayır.
MÜALİCƏSİ:  spesifik preparaylarla vaxtaşırı KT və MRT –də nəzarət olunmaqla aparilir.

loading...

Məsləhət Görürük

??????????????????????????????????????????????????????????????????????????????

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar Epilepsiya tutmaları hərəki və şüuri patologiyalardan başqa aşağıdakılara səbəb …

Яндекс.Метрика

Designed by F.Aliyev