Qaynar Məqalələr

Bel ağrıları

12963906_1140741635945093_5072668473088848216_n
BEL REFLEKTOR SİNDROMLARI
Zədələnmiş diskin fibroz həlqəsinin, sümükarası və başqa bağların, eləcə də oynaq kapsullarının reflektorlarının qıcıqlanması həm ağrıların, həm də reflektor reyaksiyalarının mənşəyi hesab olunur. Bu ilk növbədə bel əzələlərinin tonik gərginləşməsidir.
LÜMBAQO:  Lümbaqo çox vaxt fiziki gərginlik və ya ehtiyatsız hərəkət , bəzən isə görünən bir səbəb olmadan baş verir. Qəflətən və ya bir neçə dəqiqə yaxud saat ərzində , çox vaxt atıcı ağrılar baş verir. Ağrılar çox vaxt yandırıcı, parçalayıcı xarakter daşıyır. Tutmalar ağırlıq qaldırma zamanında baş verərsə, xəstə namünasib bir vəziyyətdə donur , qəddini aça bilmir. Çarpayıdan enmək, yana çevrilmək, öskürmək, asqırmaq, ayaqları bükmək cəhdi belə büzdümdə ağrıların kəskin genişlənməsi ilə müşayət olunur. Əgər xəstədən ayağa durmaq tələb olunarsa bütün bel nahiyəsinin hərəkətsizliyi baş verir. Onurğanın bel şöbəsi, hətta çanaq bud oynağında ayaqların passiv yerdəyişməsi zamanı belə fiksə olunmuş vəziyyətdə qalır. Buna görə də diz oynağında açılmış ayağın ehtiyatlı bükülməsi lümbaqo zamanı heç də həmişə ağrı ilə müşayət olunmur.
LÜMBALGİYA:  Lümbalgiya da yöndəmsiz hərəkət, uzunmüddətli gərginlik, soyuqdəymə ilə bağlı olub, kəskin olmur və bir neçə gün ərzində inkişaf edir. Ağrılar sızlayıcı, hərəkət zamanı artan,a yaq üstə duran və oturan vəziyyətdə, xüsusən bir vəziyyətdən başqa vəziyyətə keçən zaman güclənən xarakter daşıyır. Bel nahiyəsi lümbaqoda olduğu kimi deformasiya olunursa da az olur.
LÜMBAŞALQİYA: Bel nahiyəsindən sarğıya və ayaqlara yayılan osteoxondroz mənşəli ağrı və reflektor təzahürlərdir. Ağrılar sağrıda ayaqların arxa bayır hissəsində hiss edilir, lakin barmaqlara çatmır. Lümbalgiyada olduğu kimi , ağrılar bədənin vəziyyətinin dəyişməsi , yeriş və ya uzun müddət oturaq zamanı , öskürərkən və asqırarkən güclənir.
LASEQ SİMPTOMU-  Xəstə arxası üstə uzanır, müayinə edən xəstənin uzanmış ayağını dabanından tutaraq yuxarı qaldırır. Bu zaman oturaq sinir boyunca ağrı baş verir və ya güclənir , qarın divarı əzələlərinin gərginliyi üzə çıxır.
NERİ SİMPTOMU-  Xəstə ayaqları uzadılmış və arxası üstə uzanmış vəziyyətdə olduqda başın sinəyə doğru bükülməsi zamanı bel nahiyəsində ağrılar baş verir.
DEJERİN SİMPTOMU-   Öskürmə və asqırma zamanı bel nahiyəsində ağrıların güclənməsi
OTURMA SİNDROMU-  Ayaqları diz və çanaq-bud oynağında bükmədən arxası üstdə uzanmış vəziyyətdən oturaq vəziyyətə gətirməyin mümkün olmaması.
Diaqnostikası– Tipik hallarda diaqnoz qoymaq çətinlik törətmir. Diaqnoz ağrı sindromuna, gərilməyə, qıcıqlanma və ocaq əlamətlərinə görə qoyulur. Ancaq bel ağrısı başqa səbəblərdən də törənə bilər, ona görə də diaqnozu dəqiqləşdirmək üçün KT və MRT müayinələrdn istifadə olunur.
Müalicəsi– Kəskin dövrdə xəstəyə istirahət və ağrıkəsicilər təyin edilir. Xəstəyə yataq rejmi lazımdır. Isidici vasitələr yaxşı təsir edir.  Fizioterapevtik müalicə üsullarından istifadə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev