Qaynar Məqalələr

Üçlü sinirin nevralgiyası

b_420_0_16777215_0___images_stories_SINIRSISTEMI_uclu-sinir

ÜÇLÜ SİNİRİN NEVRALGİYASI
Nevralgiya sinirin periferik hissəsinin zədələnməsi,qıcolması ilə təzahür edən xəstəlikdir.
Üçlü sinirin nevralgiyası nevrotik xəstəliklər içərisində daha çox yayılmış, ən əzablı ağrı sindromudur.
ETİOLOGİYASI VƏ PATOGENEZİ:

Xəstəliyin baş verməsi xəstənin soyuqlaması,diş-çənə sistemi və burunun əlavə ciblərində gedən iltihab prosesləri, eləcə də aypara düyünün qan dövranının çatışmazlığı, yaxud triheminal sistemin qabıqaltı törəmələrinin patoloji damar prosesinə cəlb olunması ilə əlaqədar olur.
Nevralgiyanın səbəbləri arasında dişləmə pozğuluqları,triheminal kökün qıcıqlanması,araxnoidal qişaların kalsiumlaşması və s. misal göstermək olar.
KLİNİKASI:

Üçlü sinirin tipik nevralgiya tutması aşağıdakı əlamətlərlə bilinir.
1. Üz nahiyyəsində tutma şəkilli ağrılar.Ağrılar arasında fasilələr bəzən elə qısa olur ki, xəstələr ağrının fasiləsiz olduğunu düşünürlər.
2. Üzün dərisində və ağız boşluğunda hipersensitiv zonaların olması.
3. 
Paroksizmaların baş verdiyi triqqer amillərinin olması.
4. 
Tutmalar zamanı xarakterik davranış .Tutma zamanı xəstə olduğu vəziyyətdə donub qalır,dəhşətli ağrını kəsməyə çalışır, bəzən ağrı nahiyəsini ovur.
5.” Nərdivan”simptomu-  tutmanın ən kəskin dövründə təyin edilir, yəni əgər xəstə nahamar yerdə büdrəyirsə onda ani olaraq sancı tutması müşahidə edilir.Xəstə ağrı nahiyəsini göstərmək istəsə də ağrının şiddətindən əlini üzündən götürməyə qorxur.
6. Üz nahıyəsində sensor quruluşun olmaması.
MÜALİCƏSİ:

Üçlü sinirin nevralgiyasında ağrıların azalmasına və ya tam kəsilməsinə qıcolma əleyhinə preparatlardan istifadə yolu ilə nail olunur, xəstəyə fizioterapevtik müalicə üsulları təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

14063815_280619148977900_714207152020127804_n

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin …

Яндекс.Метрика

Designed by F.Aliyev