Qaynar Məqalələr

Meningit

 

12670808_1139590372726886_9053978465334085391_n

Meningit –baş beyin və onurğa beyni qişalarının iltihabıdır.Leptomeningıtlər beyinin yumşaq və hörümçək toruna bənzər qişalarının iltihabı, paxemeningitlər isə sərt beyin qişasının iltihabı xəstəliyidir.Kliniki olaraq meningit sözü yumşaq beyin qişasının iltihabı kimi qavranılır.
TƏSNİFATI:  Beyin qişalarını əhatə edən iltihab prosesinin xüsusiyyətlərindən asılı olaraq bütün meningitlər 2 qrupa ayrılır:
1. İrinli
2. Seroz
Seroz meningitlər zamanı beyin-onurğa beyni mayesində çoxlu limfositlər, irinli meningit zamanı isə netrofilpleosetoz aşkar edilir.Proses yerindən asılı olaraq diffuz və lokal, beyin əsasında bazal , qabarıq səthlərdə konveksital meningitlər olur. Meningitlər kliniki xüsusiyyətlərinə görə 3 növü var
-kliniki
-xroniki
-bazal
İnkişafına və gedişinə görə kəskin və xroniki olur.
Törədicisindən asılı olaraq aşağıdakı meningit növləri var:
1. Bakterial (meninqokokk,pnevmokokk,stafilokokk və streptokokk 
mənşəli,vərəmli,siflitik,bruselyoz). Bunlar da öz növbəsində irinli və irinsiz olur.
2. Viruslu meningitlər (enterevirus,epidemik parotit,herpetik,arbovirus, qrip)
3. Göbələk mənşəli (turulyoz, kandidoz və s.)
4. Protozoy meningitlər (toksirlazmalı)
5. Toksiki meningitlər
6. Naməlum etiologiyalı meningitlər
PATOGENEZİ:  Meningit zamanı burun – udlaq , bronxlar , mədə bağırsaq yolunun selikli qişası infeksiyanın giriş qapısı sayılır. Xəstəliyin törədicisi daxil olduğu yerdən qana sorularaq limfa düyünləri vasitəsilə beyin qişalarına daxil olur, beyinə toksiki təsir göstərir.
KLİNİKASI:  İnkubasiya dövru 1-5 gündür. Xəstəlik kəskin başlayır,güclü üşütmə qeyd olunur, tempratur 40*-yə qalxır, kəskin baş ağrıları, ürək bulanma, tez- tez qusma ilə müşayət olunur. Xəstələrdə sayıqlama, psixi gərginlik, qıcolmalar, şüursuz vəziyyət baş verir. Xəstələrdə əsmə, yuxusuzluq baş verir, kəllədaxili təzyiq yuxarı qalxır. Xəstəliyə vaxtında və düzgün diaqnoz qoyulub , müalicə olunmazsa ağırlaşmalar baş verir. Bu aşırlaşmalara kəllə sinirlərinin zədələnməsi, psixomotor qıcolmalar və s. aiddir.
MÜAYİNƏSİ:  Onurğa beyin mayesi götürülür , diaqnoz təsdiqlənirsə müalicə aparılır.
MÜALİCƏSİ:  Antibiotiklərdən, sulfanilamid preparatlarından,ümumi möhkəmləndiricilərdən, vitaminlərdən ibarətdir.

immunitet.az

loading...

Məsləhət Görürük

??????????????????????????????????????????????????????????????????????????????

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar

Müxtəlif epilepsiya tutmalarının əmələ gətirdiyi patologiyalar Epilepsiya tutmaları hərəki və şüuri patologiyalardan başqa aşağıdakılara səbəb …

Яндекс.Метрика

Designed by F.Aliyev