Qaynar Məqalələr

Anemiyanın növləri

12962604_1138369389515651_1779057476_o

ANEMİYANIN NÖVLƏRİ
Anemiya-hemoqlobinin qanın vahid həcmində miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir.Anemiya bir neçə səbəbdən baş verir.Onun baş vermə səbəblərindən biri də orqanizmdə dəmirin çatmazlığıdır.Dəmir defisit anemiyada hemoqlabilinin sintezi pozulur və nəticədə hər bir eritrositdə normaya nisbətən az miqdarda hemoqlobin toplaşır.Dəmir defisit anemiya başqa anemiyalara nisbətən daha geniş yayılmışdır.
ETİOLOGİYASI:
Dəmir defisitinin aşağıdakı əsas səbəbləri ayırd edilir:
Qanaxmalar
Dəmir sərfinin artması
Dəmirin sorulmasının pozulmsı
B-12 DEFİSİTLİ ANEMİYA
B-12 defisitli anemiya orqanizmdə B-12 vitamininin çatmazlığı nəticəsində əmələ gələn anemiyadır .B-12 vitamininin çatmaması orqanizmdə qanyaranmanın pozulmasına ,sümük iliyində meqaloblastların peyda olmasına, eritrokariositlərin parçalanmasına , eritrositlərin və hemoqlobilinin miqdarının azalmasına səbəb olur.Eritrositlərin və hemoqlobilinin azalması da öz növbəsində bir sıra orqanlarda və sistemdə dəyişikliklərə gətirib çıxarır.
HEMOLİTİK ANEMİYALAR
Hemolitik anemiyalar etiologiya, patogenez,klinika və müalicəsi 
müxtəlif olan xəstəliklərin bir qrupunu əhatə edir.Normada eritrositlərin yaşama müddəti 100-120 gündür.Hemolitik anemiyalarda ısə 12-14 gündür.Bu xəstəlik zamanı bəzi orqanların hüceyrələrində hemoliz gedir.Hemolizin baş verməsi dalaqda özünü aşağıdakı simptomlarla təzahür edir:
-Qanda sərbəst bilrubinin miqdarı artır ki,bu da dəri və selikli qişada sarılıqla özünü biruzə verir.
-Bağırsaqlarda yüksəlmiş sterkobilinogen və urobilinogen yaranır ki,bu da nəcisin rənginin dəyişməsinə səbəb olur.
-Sidikdə urobilinin miqdarı artır.
-Periferik qanda eritrositlərin ümumi miqdarı artır.
TƏSNİFATI:

Bütün hemolitik anemiyalar 2 böyük qrupa ayrılırlar:
-Anadangəlmə
-Qazanılma
Anadangəlmə hemolitik anemiyalar eritrositlərin genetik deffekti ilə əlaqədardır. Eritrositlər genetik deffekt olduqları üçün,
onlar funksional olaraq tam kefiyyətli olmur.Kefiyətsiz olduğuna görə asan hemoliz olunurlar.
Qazanılma hemolitik anemiyalar müxtəlif faktorların (antitellərin yaranması, hemolitik zəhərlər,mexaniki təsirlər) normal eritrositlərə təsirindən yaranır.
MÜALİCƏSİ:
Anemiyalarda kompleks müalicə tədbirləri anemiyanın etiologiyasından, anemiyanın ifadə dərəcəsindən və verdiyi nevroloji dəyişikliklər nəzərə alınmaqla aparılır.Müalicədə aşağıdakılar nəzərə alınmalıdır.
-Qurd invaziyası
-Bağırsağın üzvi xəstəliklri
– Bağırsaq fermentlərinin çatmazığı.

immunitet.az

loading...

Məsləhət Görürük

soyuq-hava

Soyuq havanın ürəyə zərərləri

  Soyuq havanın ürəyə zərərləri. Mütəxəssislər soyuq havanın koronar damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət …

Яндекс.Метрика

Designed by F.Aliyev