Qaynar Məqalələr

Dünya dövlətlərinin Qarabağ haqqında RƏSMİ açıqlamaları

IMAGE635304763965332507

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT AİLƏLƏRİNƏ SƏBR VERSİN

Türkiyə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.

Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib.

Türkiyə prezidenti bu gün cəbhədə həyatını itirən Azərbaycan Ordusunun hərbçilərinə özünün və Türkiyə xalqının adından Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

İran 

Aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə Azərbaycan MN-dən bildiriblər.

Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyünü qorumaqla həll olunacağına ümid etdiyini bildirib.

O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

Qazaxıstan

Tərəfləri təmkinli olmağa və atəşkəs haqqında razılaşmalara ciddi əməl etməyə çağırırıq. Dağlıq Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyərək, münaqişənin yalnız dinc yolla həllinin zəruriliyi barədə mövqeyimizi bir daha təsdiqləyirik”, – deyə, bəyanatda deyilir.

BMT

BMT  mətbuat xidmətinin bəyanatına əsasən, baş katib bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.

Amerika

ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”

Fransa

Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”

ATƏT-in Parlament Assambleyası

“Bu hərbi əməliyyatlar dayandırılmalıdır. Dağlıq Qarabağ münaqişəsi uzun illərdir xeyli sayda insanın həyatını itirməsi ilə nəticələnir. Hər iki tərəfi dərhal atəşi dayandırmağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırırıq”, – bəyanatda deyilir.

Rusiya

Rusiya prezidentinin mətbuat katibi jurnalistlərin suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpası haqqında məlumatlardan dərin narahatlıq hissi keçirir.

“Prezident Putin münaqişə tərəflərini dərhal atəşkəsi bərpa etməyə çağırır”

Və sonda Bizim dostumuz kim düşmənimiz kimdir Azərbaycan xalqı özü nəticə çıxartsın

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT AİLƏLƏRİNƏ SƏBR VERSİN

loading...

Məsləhət Görürük

ghgh

Samsung galaxy işlədən oğlanın başına görün nə gəldi VİDEO

Яндекс.Метрика

Designed by F.Aliyev