Dağınıq skleroz

12957147_1138320326187224_852561368_n

Dağınıq skleroz
Dağınıq skreloz sinir sisteminin xroniki mielinsizləşmə xəstəliklərindəndir. Xəstəlik remissiyalarla cərəyan edib , mərkəzi sinir sistemində çox məhəlli pozğunluqlar yaradır. Ilk növbədə,piramid və beyincik yolları pozulur.
Səbəbləri:
Səbəbləri tam aydın olmasa da onun polietialoji xəstəlik kimi neyroallergik,infeksiyon ,toksiki təsirlərdən baş verdiyini qeyd edirlər.
Simptomları:
Xəstəliyin başlanğıcında retrobulbar nevritlə əlaqədar olaraq xəstənin görmə qabiliyyəti azalır. Bu zaman, demək olar ki, göz dibində dəyişiklik tapılmır, müəyyən vaxt keçdikdən sonra görmə məməciyinin gicgah tərəflərdən solduğu aşkar edilir. Bu isə gələcəkdə görmə sinirinin atrofiyasına səbəb olur. Mərkəzi sinir sistemində sklerotik düyünlərin yerləşməsindən və miqdarından asılı olaraq bu xəstəliyin müxtəlif klinik formaları təzahür edir .Skrelotik düyünlər onurğa beyninin yan ciyələrində yerləşib piramid dəstələrini pozarsa, bu zaman spinal forma meydana çıxır (aşağı ətraflarda spastik iflic əlamətləri baş verir), bu düyünlər əgər beyincikdə yerləşirsə xəstəliyin beyincik forması baş verir . Ən çox rast gəlinən forması serebrospinal formadır. Bu zaman müvazinət pozğunluğu nəzəri cəlb edir.
Əlamətləri. Nistaqm,qarın reflekslərinin itməsi ,titrəmə , bəzi sfinktorların pozulmasl xəstəliyin klassik əlamətləridir.
Müalicəsi:
Bu əlamətlər aşkar olunduqda mütləq həkim nevroloqa müraciət etmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Üzün proqressiv hemiatrofiyası

Üzün proqressiv hemiatrofiyası Bu üzün yarısının bütün toxumalarının tədrici atrofiyasıdır. Xəstəliyin əmələ gəlməsinin əsil səbəbi …

Яндекс.Метрика

Designed by F.Aliyev