Qaynar Məqalələr

Vitiliqo

12919412_1137667962919127_1992008864_o
Vitiliqo dəridə bəzən ağ ,bəzən süd rəngində , əsasən də simmetrik ləkələrlə müşayət olunan dəri xəstəliyidir.Xəstəliyin əmələ gəlməsində aşağıdakıların böyük rolu var:
-Daxili skresiya vəzilərinin xəstəlikləri
-İmmun sistemdə çatışmamazlıq
-Əsəb xəstəlikləri
-Xroniki iltihabi xəstəliklər
–Zəhərlənmə
-Günəş şüalarının yanıqları
ƏLAMƏTLƏRİ:Xəstəlik sağlam dəridə bir və ya bir neçə rəngsiz , uzunsov ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunur.Əksər hallarda bu ləkələr böyüyür, bədənin başqa yerlərində də əmələ gəlir.Nadir hallarda isə bütün bədəni tutur.Bu ağımtıl ləkələr yalnız ovucun içində və ayağın altında olmur.Dərinin ləkəli hissəsində tüklərin rəngi də açıq rəngdə olur.xəstələrin 10% -də dəridə qaşınma olur.Xəstəliklə əsasən gənc yaşlarında xəstələnirlər, adətən endokrin xəstəliklər fononda baş verir.
MÜAYİNƏSİ:

Obyektiv müayinə zamanı dəridə ağ ləkələr görünür. Aşağıdakı laborator müayinələrdən də istifadə edilir:
-qanın ümumi analizi
-sidiyin ümumi analizi
– qanın biokimyəvi analizi
-qanda tireoqlobulin antitellərinin təyini
MÜALİCƏSİ:

Əgər ləkələr dəri səthinin 20% -ni tutubsa xəstəyə qlükokortikosteroid tərkibli maz və kremlər təyin olunur.Müalicə mərhələlərlə ləkələrin ölçüsünə uyğun təyin olunur.Xəstələrə fizioterapevtik müalicə üsullarında istifadə etmək tövsiyə olunur.
Xəstəyə düz düşən günəş şüaları altında gəzmək məsləhət görülmür.
CƏRRAHİ MÜALİCƏ :

Cərrahi üsulla müalicə daha effektlidir.Çünki,köçürülmüş dəri bir müddət sonra bədənən dərisinin rəngini alır.Bu müalicə üsulu konservativ müalicə üsulundan daha yaxşı sayılır.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev