Qaynar Məqalələr

Endometrit

12910626_1137129249639665_1853330241_n

Endometrit
Ümumi məlumat
Endometrit-uşaqlığın endometriya(selikli) qişasının infeksion iltihabi xəstəliyidir.Bu xəstəlik stafilokokk,streptokokk,bağırsaq çöpü bakteriyaları və viruslar törəyə bilər.
Səbəbləri:
Patoloji doğumlar,kriminal və tam olmayan abortlar,uşaqlığın mioması,xərçəng şişinin dağılması ola bilər.
Endometrit kəskin və xroniki ola bilər.Kəskin endometritdə uşaqlığın selikli qişası çirk boz örtüklə örtülmüşdür,uşaqlıq boşluğunda bəzən xoşagəlməyən irin olur.İnfeksiya uşaqlığn əzələ qatına keçə bilər və əlverişsiz şəraitlərdə (orqanizmin zəifləməsi,mikrobun yüksək virulenliyində) damar və limfa sisteminə yayılır(septisemiya,peritonit,parametrit)
Əgər mikrob daha dərin qata keçmirsə,kəskin və yarımkəskin endometrit sağalma ilə nəticələnir.İnfeksiyanın bazal qata keçməsində selikli qatın regenerasiyası ləngiyir və endometrit xroniki formaya keçir.
Simptomları:
Kəskin endometritin simptomları: temperaturun yüksəlməsi,qarnın aşağı hissəsində ağrı ,uşaqlıqdan irinli ifrazat,bəzən metroragiyadır.Xroniki endometritin simptomları ağlı ifrazat və ağrı, tez-tez uzun müddətli qanaxmalar,çox vaxt cüzi aybaşıdan sonrakı,bəzən aybaşı arası qan ifrazı.Xəstələrin çoxu qarnın aşağı nahiyəsində ağırlıq hiss edir,onlarda qəbizlik,əsəbilik,yuxunun pozulnası halları olur.
Diaqnostikası:
Kəskin mərhələdə çətinlik törətmir.Diaqnoz həkim-ginekoloq tərəfindən anamnez məlumatlara,ümumi və ginekoloji müayinəyə və laborator məlumatlarının(bakterioskopiya,əkmələr) təsdiqinə əsaslanır
Xroniki endometritin diaqnozu çox çətindir.Diaqnoz ancaq uşaqlıq,onun bərkliyinə,qonşu orqanlarla birləşmələr və ağlı ifrazatlar olduqda qoyula bilər.
Müalicəsi:
Xəstəliyin kəskin dövründə yataq rejimi,qarnın aşağı nahiyəsinə soyuq,antibiotiklər,ağrı olduqda ağrıkəsici, yuxu gətirici, desensibilizəedici maddələr və vitaminlər təyin edilir.Kiçik çanaqda birləşmələr olduqda ultra səs terapiya,mikrodalğalı terapiya, dərman maddələrinin elektoforezi təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

dogus

Əməliyyat olunmuş zahıya qulluq

  Əməliyyat olunmuş zahıya qulluq. Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu …

Яндекс.Метрика

Designed by F.Aliyev