Qaynar Məqalələr

Dodaq dərisinin soyulması

12321437_1137125486306708_8472624813838083268_n

DODAQ DƏRİSİNİN SOYULMASI

Dodağın dərisi niyə soyulur?Dodaq dərisinin soyulmasının əsas səbəbi dodaqda quruluğun meydana gəlməsidir.Dodaqda baş verən quruluq hissi dərinin azca qabarmasına səbəb olur . Qabarmış dəri sahibində qıcıqlanma hissi yaradır və nəticədə qurumuş dəri sahibi tərəfindən soyulur . Soyulmuş dərinin yerində əmələ gələn yeni toxuma bir müddət sonra quruyur və yenə məcburən soyulur.Dodaq qurumasının qarşısını necə almaq olar?
Dodaqda baş verən quruluq aradan götürülərsə soyulma prosesi də öz-özünə keçib gedəcək.Quruluğu adaran götürmək üçün dodaqlara qulluq etmık lazımdır.Gün ərzində bir neçə dəfə dodaq nəmləndirici sürtmək kifayətdir ki , quruma prosesi dayansın.Ancaq diqqətli olmaq lazımdır. Dodaqnəmləndiricilərdən daima istifadə etmək olmaz .
Dodaqlar kuləyin , günəşin , istinin, otaqdakı quru havanın təsirindən quruyur.Dodaqların soyulması zamanı hansı qaydalara əməl olunmalıdır?
Əvvəlcə ölü dəri toxuması təmiz soyulmalıdır.Bunu səliqəli şəkildə həyata keçirmək üçün diş fırçasının uc hissəsinə dodaq nəmləndirici balzam sürtüb dodağın ölü toxuması olan hissəsində yüngülcə fırlada – fırlada hərəkət etdirmək lazımdır ki, ölü toxuma sağlam toxumadan ayrılsın.Dodaqlar təmizə çıxdıqdan sonra oraya nəmləndirici balzam sürtülməlidir.
Dodağınızda olan qurumanın aradan götürülməsi üçün nələr etməlisiniz?
1. Gun boyu ərzində ehtiyac olduğundan da çox su içmək lazımdır.Bu sizin nəinki dodaqlarımız üçün,hətta dərimiz üçün də vacıbdir.
2.Soyuq və quru havalardan dodaqlarınızı qorumaq üçün mütləq nəmləndiricilərdən gündə bir neçə dəfə istifadə etmək lazımdır
Vazilendən istifadə etmklə də dodaqdakı quruluğu aradan götürmək olur
ETİOLOGİYASI:
Etiologiyası məlum deyil.Ancaq allergiya səbəbli baş verə biləcəyi istisna edilmir.Ucuz dodaq boyasından istifadə olunması da dodaqlarda quruluğa səbəb ola bilir.

immunitet.az

loading...

Məsləhət Görürük

http://sac-bakimyagi.blogspot.com/

Dəri, dırnaq, saç və arqan yağı.

Dəri, dırnaq, saç və arqan yağı. Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə …

Яндекс.Метрика

Designed by F.Aliyev