Qaynar Məqalələr

Qaraciyər sirrozu

skolko-let-zhivut-ljudi-s-cirrozom-pecheni

Qaraciyər sirrozu orqanın arxitektonikasının pozulmasnın, parenximanın düyünlü regenerasiyası, damar sisteminin yenidən qurulmasına gətirən fibroz arakəsmələrin formalaşması ilə xarakterizə olunan patoloji-anotomik xəstəlikdir.

Təsnifatı
Xəstəliyin təsnifatı, onun etiologiyasına, biokimyəvi testlərinə,müəyyən edilən aktivlik dərəcəsinə, qaraciyərin morfoloji dəyişikliklərinə görə müəyyən edilir
Etiologiyası
Qaraciyərin sirrozu ən çox xroniki viruslu (B,C,D), alkohollu, dərman, autoimmun hepatitlərin nəticəsində əmələ gəlir. Nadir hallarda qaraciyərin sirrozu , antitripsin çatmazlığı, birincili biliar sirroz, birincili sklerozlaşan xolangit, venoz durğunluq nəticəsində inkişaf edir. Bəzən qaraciyər sirrozunun inkişafında iki və daha çox amil iştirak edir. Təxminən 20% hallarda isə qaraciyər sirrozunun etiologiyası məlum olmur.
Patogenez.
Sirrozda zədələyici faktorun uzunmüddətli təsiri və kallogen sintezinin onun parçalanmasını üstələməsi nəticəsində qaraciyər parenximasın diffuz zədələnməsi ilə geridönməz dəyişikliklər gedir. Mərkəzi venaları portal traktlarla birləşdirən və qaraciyər paycıqlarını yalançı paycıqlara fraqmentləşdirən birləşdirici toxuma arakəsmələri əmələ gəlir. Belə hesab olunur ki, fibrogenezdə qaraciyərin ito hüceyrələri əsas rol oynayır. Qanın arakəsmələrdə olan damarlardan qaraciyər sisteminə qoşulması baş verir. Bu isə hepatositlərin işemiyası və nekrozuna gətirib çıxarır.
Klinikasi – onun aktivlik ərəcəsindən və qaraciyər hüceyrə funksiyasının kompensasiya dərəcəsindən asılıdır.
Qaraciyərin aktiv sirrozunda xəstələr getdikcə artan yorğunluqdan, pis iştahadan, arıqlamadan şikayət edirlər. Xəstələrdə dəri qaşınması, sarılıq, burun qanaxmaları qeyd edilir. Obyektiv müayinədə çox vaxt skleranın, selikli qişaların rənginin saralması qeyd olunur. Ovuc eriteması aşkar edilir. Xəstələrin çoxunda mülayim böyümüş dalaq müşahidə olunur. Kəskin aktiv qaraciyər sirropzunda bədən temperaturu subfebril ola bilir.
Qaraciyər sirrozunun mülayim aktivliyində xəstəliyin əlaməlrəti daimi olmur. Ancaq xəstələrdə əmək qabiliyyətinin azalması, diş ətinin qanaması, sidiyin tündləşməsi qeyd olunur. Xəstələr emosional gərgin olurlar.
Müayinəsi.
USM, KT və qanın biokimyəvi müayinələrindən istifadə olunur.
Fəsadları aşağıdakılardır:
1) assit
2) qaraciyər ensefalopatiyası
3) qida borusu və mədənin varikozgenişlənmiş venalarından qanaxma
4) qaraciyər hüceyrələrində karsinomanın inkişafı
Müalicəsi xəstəliyin əlamətlərinə uyğun olaraq aparılır,Xəstələrə fiziki və psixi gərginliyin azaldıiması məsləhət görülür,vitaminlər təyin edilir xəstəliyin etiologiyasına uyğun müalicə təyin olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

agiz-nedir

Ağız suyu vəzilərinin funksiyası

Ağız suyu vəzilərinin funksiyası. Ağız suyu vəzilərinin 2 funksiyası vardır: – sekretor funksiya – inkretor …

Яндекс.Метрика

Designed by F.Aliyev