Qaynar Məqalələr

Otit

12140788_1136034006415856_3124082066584104198_n

Otit
Ümumi məlumat və səbəbləri
Otit-qulağın iltihabı deməkdir.Çox vaxt uşaqlarda,zökəmi vaxtında müalicə etmədikdə yaranır.Yenidoğulanlarda otit eşitmə borusuna dölyanı suların daxil olması nəticəsində baş verir.
Formalarına görə xarici və orta otit ayırd edilir.Ən çox orta otit rast gəlinir.Orta otit irinli və kataral ola bilər.Uşaqlarda qulaq keçəcəıyi düz və geniş olduğüna, təbil pərdəsi yaxın yerləşdiyinə görə onlarda otit daha çox olur.
Risk qrupuna daxildir:
-yevstax borusunun və qulağın quruluşunun irsi xüsusiyyətləri,onların valideynləri də uşaqlıqda tez-tez otitə tutulurdılar.
-respirator xəstəliklərlə tez-tez xəstələnənlər
-tez-tez qaytarmaları olan südəmər uşaqlar
Simptomları
Otit kəskin başlanır,uşaq qulaqda ağrıdan şikayətlənir,hərarət  39 dərəcəyə qədər yüksəlir,üşütmə əmələ gəlir.Uşaq qidadan imtina edir,beləki,udma və çeynəmə zamanı ağrı artır.Qulaq seyvanı qızarır,şişir.Südəmər uşaq bu zaman ağlayır,döşdən imtina edir,ağrıyan qulaq tərəfdə yatdıqda rahatlanır.Ağır hallarda uşaqlarda intoksikasiya, qusma, əmgəyin gərilməsi olur,başını arxaya atır.
Böyük yaşlı uşaqlarda qulaq ağrısı gicgaha vurur,qulaqda ağırlıq hissiyyatı olur.Kəskin otitdə hərarət yüksəlir,umumi zəiflk olur, huşu alatoranlaşır.Təbil pərdəsinin deşilməsi nəticəsində irin xaric ola bilər, bundan sonra ağrı keçir, hərarət aşağı düşür.
Diaqnostikası
-şikayətlərə və xəstəliyin anamnezinə (qulaqda ağrı,hərarətin artması,irinli ifrazat)
-otoskopiya-otoskop vasitəsilə  LOR-həkim qulağı müayinə edir
-audimetriya-eşitmənin itiliyi yoxlanılır
-timpanometriya-təbil pərdəsinin hərəkəti yoxlanılır
-rentgenoqrafiya vasitəsilə müvafiq kölgələr aşkar edilir
Profilaktikası
Profilaktika bədəni möhkəmlədirmək,burun-udlağın infeksiyasını vaxtında müalicə etməkdən ibarətdir.Burundan ifrazatı daxilə deyil,xaricə çıxartmağı uşağa izah etmək lazımdır.Yuyunma zamanı çalışmaq lazımdır ki,su qulağa düşməsin.
Müalicə
İlkin əlamətlərində damardaraldıcı burun və antiseptik qulaq damcılarından damızdırmaq lazımdır.Müalicə 5-7 gündür.İrinli otitdə antibiotiklər və antiseptik vasitələr istifadə olunur.Köməkçi vasitə kimi lazaroterapiya,UBŞ,palçıqla müalicə tətbiq olunur.Kəskin otitdə kurs müalicə 7 gündür,ağır halda 14 günə qədər çəkə bilər.

Ağırlaşma olduqda cərrahi müdaxilə tələb olunur.

immunitet.az

 

loading...

Məsləhət Görürük

1454014350356

ŞOK qulaq çöpləri qəti olmaz

videoya baxmamışdan əvvəl bu videonu yaxınlarınıza da göndərin ki bu problemlə rastlaşmayasınız

Яндекс.Метрика

Designed by F.Aliyev