Qaynar Məqalələr

Eritemiya

12935320_1135037159848874_1081513572_n
Eritermiya mieloproliferativ xəstəlik olub,xronik,xoşxassəli leykozdur ki,bu zaman eritpositlərin , habelə neyrofil leykositlərin və trombositlərin yüksək miqdarda əmələ gəlməsi müşahidə olunur.Şişin mənbəyi mielopoezin sələf hüceyrələridir. Kişilər və qadınlar arasında xəstələnmə sayı eynidir.
ETİOLOGİYASI:
Xəstəliyin etiologiyası tibbə məlum deyil.
PATOGENEZİ:
Xəstəliyin əsəsında qanyaranmanın 3 istiqamətində hüceyrələrinin(qırmızı, qranulositar və meqakariositar) şiş proliferasiyası durur, lakin qırmızı qanyaranma üstünlük təşkil edir.Bununla əlaqədar olaraq,şişin substratı çoxlu miqdarda yetişməkdə olan eritrositlərdir.Eritrositlərin və trombositlərin periferik qanda artması qan dövranının sürətini azaldır ,qanın laxtalanmasını yüksəldir ki,bu da bir sıra əlamətlərin ortaya çıxmasına səbəb olur.
TƏSNİFATI:
Xəstəlyin gedişi dalağın patoloji prosesə cəlb olunması və sonra eritremiyanın qan sisteminin başqa xəstəliyinə transformasiyası nəzərə alınır.Xəstəlik 3 mərhələdən ibarətdir:
1.Başlanğıc mərhələ .Bu mərhələdə hemoqlabinin konsentrasiyası normanın yuxarı həddində olur,eritrositərin azacıq artır,dalaq isə bir az böyüyür.
2.Manifest mərhələ .Bu mərhələdə dalaöın mieloid metaplaziyası olmur. Sümük iliyində dəyişikliklər baş verir, periferik qanda pansitoz, sümük iliyində panmieloz , dalaqda metaplaziya baş verir.
3 .Terminal mərhələ Bu mərhələdə xoşxassəli şiş bədləşir.10-15 il bu xəstəliyi keçirənlərin demək olar ki hamısında mielofibroz inkişaf edir Bu xəstəliyin təbii evolyusiyasını əks etdirir.Xroniki miyeloleykozun inkişaf etməsi ,özünü leykositozun artması,periferik qanda qranulositar hüceyrə sırasında artıb coxalması,həmçinin qan və sümük iliyi hüceyrələrində Ph-xromosomlarının tapılması ilə biruzə verir.
DİAQNOSTİKASI:

Xəstənin şikayətləri tərləmədən,sol qabırğa altında ağrılardan,sümük ağrısından tempraturun yüksəlməsindən olur..Fəsadlaşması insult və infarkt ola bilir.
Xəstəliyin müayinəsində qanın tərkibinin müayinəsi böyük rol oynayir Xəstə düzgün müalicə alarsa ömrünü 15-20 il uztmaq olar.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev