Pielonefrit

12517143_1133801806639076_698356639_o
PİELONEFRİT.

Pielonefrit böyrək ləyəni və kasacıqlarının,böyrək parenximasının,xüsusən ara toxumanın qeyri spesifik iltihabi xəstəliyidir.Xəstəlik ən çox uşaq yaşlarında təsadüf olunur.Yaşlılarda isə uşaq vaxtı sağalmamış pielonefritin davamı kimi xarakterizə olunur.Kişilər arasında xəstəliyin baş vermə səbəbi kimi prostat vəzin xoşxassəli hiperplaziyası göstərilir.
Pielonefrit ən çox rast gəlinən böyrək xəstəliklərindən olub ən çox yayılmış xəstəliklər sırasındadır.
TƏSNİFATI:

Gedişinə görə kəskin və xronoki pielonefrit ayırd edilir
Kəskin pielonefrit böyrəklərdə gedən irinli-iltihabi prosesdir.Xroniki pielonefrit süst gedişli,arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyidir ki, bu da sonunda böyrək toxumasının sklerozu ilə nəticələnir.Xroniki pielonefritin meydana gəlməsi kəskin pielonefritin xroniki hala keçməsi nəticəsində əmələ gəlir.`
Pielonefrit 2 qrupa ayrılır:
1.Bircinsli, ağırlaşmış və ya hemotogen
2.İkicinsli,ağırlaşmış və ya obstruktiv
Bİrincili pielonefritdə xəstəliyin başlanğıcında böyrək və yuxarı sidik yollarında urodinamik dəyişikliklər baş vermir.Lakin ikincili pielonefritdə isə əksinə xəstəliyin əmələ gəlməsinin əsas şərtlərindən biri böyrək və yuxarı sidik yollarında urodinamikanın üzvi və funksional pozulmasıdır
İkincili pielonefritin baş verməsində yuxarı sidik yollarında urodinamik pozğunluqlarla yanaşı böyrək . qan və limfa dövranı pozğunluqları , sidik kisəsi xəstəlikləri böyük rol oynayır.
Xəstəlik gedişinə görə kəskin və xroniki olur.Fazalarına görə aşağıdakı növləri var:
-aktiv iltihab fazası
-latent iltihab fazası
-remissiya iltlhab fazası
Pielonefrit xəstəliyi gediş xüsusiyyətlərinə görə:
-yenidoğulmuşlarda və uşaqlarda
-qocalarda
-hamilələrdə
-şəkərli diabet xəstələrində olan növlərinə ayrılır.
Xəstəlik vaxtında və düzgün müalicə olmazsa nəticəsi böyrək büzüşməsi və pionefroz baş verir.
ETİOLOGİYASI :

Xəstəliyin törədiciləri müxtəlif bakteriyalardır.Bunların arasında daha çox təsadüf ediləni bağırsaq çöpləri,protey ,stafilokokk,psevdomonas,streptokokklardır.Əksər hallarda pielohefritin baş verməsində qarışıq infeksiyalar daha çox rol oynayır.
POTOGENEZ:

Xəstəliyin patogenezində təkcə infeksiyalar deyil orqanizmin immun sistemi də böyük rol oynayır.Yorğunluq nəticəsində orqanizmin infeksiyalara qarşı müqavimətinin aşağı düşməsi ,keçirilmlş xəstəliklər,hipovitaminoz , bədənin soyuqlaması, xroniki xəstəliklər də
pielonefritin əmələ gəlməsində böyük rol oynayır.
PATOLOJİ ANATOMİYASI:

Müxtəlif yollarla böyrəyə daxil olan infeksiya böyrəyin bütün toxumalarına yayilb başlanğıcda ocaqlı sonralar isə kəskinləşmiş xarakter daşıyır,Kəskin pielonefrit seroz və irinli ola bilir.Xroniki pieloneftdə isə proses kanalcıq, ara toxuma, yumaqcıqla yanaşı damarlara da yayılır arteriolaların sklerozu baş verir.
MÜALİCƏSİ:

Kəskin seroz pielonefritdə vaxtında və düzgün müalicə aparilarsa xəstəliyin qarşısını ilk günlərdən almaq olur.Xəstənin qidalanmasına fikir vermək lazımdır.Xəstənin qidasında zülalın , karbohidratların,yağların şirələrin miqdarına diqqət yetirmək lazımdır.Xəstəyə 7 nömrəli pəhriz stolu təyin edilir.Xəstəyə sulfanilamid və s preparatlar təyin olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

boyrek

Sidik ifrazının pozulmaları

Sidik ifrazının pozulmaları Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin …

Яндекс.Метрика

Designed by F.Aliyev