Qaynar Məqalələr

Epidemik parotit

12895518_1133770486642208_828694086_n
Epidemik parotit-tüpürcək vəzilərinin kəskin virus xəstəliyidir.
Ümumi məlumatlar:
Epidemik parotit ən çox 5-15 yaşlı uşaqlarda rast gəlinir, böyüklərdə də ola bilər. Xəstəlik adətən ağır keçmir, lakin xəstəliyin təhlükəli ağırlaşmaları ola bilər. Bunun qarşısını almaq üçün bu xəstəliyə qarşı müəyyən vaksina ilə vaxtında peyvənd olunmaq lazımdır.
Səbəbləri:
Xəstəliyin mənbəyi xəstə insan xəstəliyi hava-damcı yolu ilə (öskürəndə, asqıranda,danışıq zamanı) digər adama yoluxdurur. Xəstə insan yoluxduğu gündən 9-cu günə qədər yoluxduruculuq qabiliyyıtinə malikdir. Virus orqanizmə daxil olduqda bütün vəz toxumalarda çoxala bilir, demək olar ki, bütün vəzlər-cinsi, tüpürcək, mədəaltı, qalxanvari vəzlər zədələnə bilər. Ən çox tüpürcək vəzləri zədələnir.
Simptomları:
Xəstəlik kəskin başlanır, hərarət 40 dərəcəyə qədər qalxır, qulaqönü nahiyyədə, çeynəmə və udqunma zamanı ağrı qeyd olunur, tüpürcək ifrazı artır. Qulaqaltı tüpürcək vəzi iltihablanır, buna görə də yanaq boyunca qulaq seyvanının önündə sişkinlik olur. Bu şişkinlik 5-6 günə qədər daha da artır. Bu yerə əl vurduqda ağrıli olur. Hərarət 5-7 gün davam edir.
Ağırlamaları:
Ağırlaşmaları ən çox mədəaltı vəzin (pankreatit), cinsiyyət vəzlərinin iltihabı səklinda olur. Digər daxili sekresya vəzləri, beyin qişaları meningit və ya ensefalit kimi zədələnə bilər. Oğlanlarda xayalarin iltihabı sonsuzluğa, qızlarda isə menstruasiya pozğunluğuna gətirib çıxara bilər.
Siz nə edə bilərsiniz:
Epid.parotitin spesifik müalicəsi yoxdur. Yalnız həkim düzgun diaqnoz qoya bilər və müalicə apara bilər.
Həkim nə edə bilər:
Diaqnoz qoymaq çətinlik törətmir, həkim dərhal müalicə təyin edir. Xəstə 7-10 gün yataq rejiminə əməl etməlidir. Oğlanlarda orxit (xayaların iltinabı) 3 dəfə çox inkişaf edir. Şişkinləşmiş tüpürcək vəzisi nahiyəsinə isti kompress qoyulur, xəstələrə duru və xırdalanmış qida təyin olunur, ağ çörək, makaron,yağlar, kələm menyudan çıxarılır. Pəhriz südlü –bitkili olmalıdır, düyü, qara çörək, kartof yemək məsləhətdir.
Profilaktikası:
Xəstəlik zamanı uşaq kollektivlərində karantin təyin olunur. Xəstə 9 gün izolyasiya olunur, kontaktda olanlar 21 gün uşaq kollektivinə buraxılmır. Xəstəliyin qarşısını almaq üçün 12 aylıqda və 6 yaşda uşaqlara mütləq peyvənd vurulmalıdır.

immunitet.az

loading...

Məsləhət Görürük

dodaq

Dodaq uçuğunda olan böyük təhlükə

Dodaq uçuğunda olan böyük təhlükə. Dodağınıza çıxan uçuqlamalar fikirləşdiyin qədər yüngül bir şey deyil. O …

Яндекс.Метрика

Designed by F.Aliyev