Qaynar Məqalələr

Xroniki pankriatit

ostryj-pankreatit-klinika
Xroniki pankriatit mədəaltı vəzin iltihabi slekrotik xəstəliyi olub orqanın parenximasının tədricən birləşdirici toxuma ilə əvəzlənməsi və mədəaltı vəzin həm ekzokrin həm də endokrin funksiyasının çatmazlığı ilə xarakterizə olunan bir xəstəlikdir.
EPİDEMİOLOGİYASI

Eptdemioloji,klinik və patoloji – anatomik müayinələr göstərir kipankriatitlə xəstələnlərin sayı bütün dünyada günü gündən artmaqdadır. Buna səbəb kimi alkoqolizmin,mədə bağırsaq və öd yolları xəstəliklərinin artmasını göstərirlər.
TƏSNİFATI

Avropa alimləri qəbul olunmuş təsnifatlara əsaslanaraq xroniki pankriatitin aşağıdakı kliniki formalara ayırırlar.
1 Kalsinatlaşan xroniki pankriatit
2 Xroniki obstruktiv pankriatit
3 Xroniki iltihabi pankriatit
ETİALOGİYASI

Kişilərdə alkoqol əsas etioloji faktor sayılır.Sübut olunmuşdur ki 3-10 il ərzindəsutkada 80-120 ml təmiz etanolun qəbulu xroniki pankriatitə səbəb olur.Sistematik alkoqol ilə siqaretin qəbulu xroniki pankriatit riskini daha da artırır.
Qadınlarda xroniki pankriatitin baş verməsində əsas səbəb ödçıxarıcı sistemin xəstəlikləridir
Böyük duodenal məməcik zonasının xəstəlikləri,zülal
və yağların qidadan tam çıxarılması,bəzi aminturşuların mübadiləsinin anadangəlmə pozğunluqları,mədəaltı vəzdə toksiki maddələrin təsiri,hiperlipidemiya,bəzi infeksion xəstəliklər . İrsi meyilliyin də bu xəstəliyin əmələ gəlməsində böyük rolu danılmazdırş

PATOGENEZ

Xroniki pankriatitin inkişafının əsas patogenetik mexanizmi öz fermentlərinin aktivləşməsi nəticəsində vəzin toxumasının zədələnməsihesab olunur.Bu mədəaltı vəz toxumasında ödemin . nekrozun və nəticədə fibrozun əmələ gəlməsinə səbəb olur. Bu zaman hüceyrələr məhv olur və pankreatik fermentlərin oniki barmaq bağırsağa daxil olması azalır ki bu da mədəaltrı vəzin xarici sekretor funksiyasının
çatmazlığına səbəb olur.
Xəstəliyin kliniki şəkli ağrıdan və endokrin sistemin pozulmasından ibarətdir.
MÜAYİNƏ

müayinə zamanı qanın, sidiyin,nəcsin tərkibi yoxlanılır. Xəstəyə pankreozimin testi yoxlanılır
Müalicəsində ağrını aradan qaldırmaq üçün dərmanlardan, əvəzedici ferment terapiyasından və s istifadə olunur.

loading...

Məsləhət Görürük

m%c9%99d%c9%99

Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləri. Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli …

Яндекс.Метрика

Designed by F.Aliyev