Sinusit

12910069_1132850520067538_2062924064_n

Sinusit- gözaltı və gözüstü çuxurların, ciblərin iltihabi deməkdir.
Sinusit xüsusilə alın, haymor, burun ətrafı cibləri zədələyir.Bu ciblərə yığılan irin hava və digər ifarzatlar məsələn, bəlğəm ciblərin divarlarına təzyiq göstərir,onların iltihabına, qıcıqlanmasına və şişməsinə səbəb olur.
Səbəbləri.
Əsasən virus infeksiyasının ağırlaşması kimi bakterial infeksiya inkşaf edir. Bu infeksiyanın (pnevmokokklar,streptokkoklar və stafilokokklar) törədir.Virus sinusitləri ( qrip , paraqrip və adenovirusları) və göbələk sinusitləri ayırd edilir. Adətən kecirilmiş KRX , güclü burun qanaxmaları , diş xəstəlikləri, cirkli suda cimmək sinusitə səbəb olur. Sinuslara infeksiya burundan və qandan daxil olur. Bəzi hallarda sinusitlər allergik reaksiyalar nəticəsindədə yarana bilər.
Simptomları
Burundan gələn selikli, sulu ifrazatlar hələ ciblərin infeksiyası demək deyil, əgər zökəm 1 həftədən çox çəkirsə güman etmək olarki sinusit var .
– Burundan qatı sari-yaşımtıl ifrazatın axması
– Başı aşağı əydikdə və ya üz əzələləri gərildikdə cib nahiyəsində ağrının güclənməsi.
– Boğazda ağrı və öskürəklə müşayiət olunan zökəm
– Başı aşağı
– Baş ağrısı
Aşağıdaki hallarda həkimə müraciət etmək lazımdır.
– 7 gün müddətində müalicə olunan zökəmin kecib getməməsi
– 3 gün müddətində xəstənin vəziyyəti daha da pisləşır temperatur 38 dərəcədən yuxarı olur.
– əvvəlcə sinusit keçiribsə
– gözlərdə ağrı görmənin pozulması
– gözlər ətrafında sifətin qizarması
Ağırlaşmaları.
– Görmə sinirnin iltihabi
– Baş beyinin qişaların iltihabı
– Osteomielit ( cibətrafı sümüklərin irinli zədələnməsi)
Əgər vəziyyətiniz pisləşirsə həkimə müraciət edin
Bəlğəmin durulaşması üçün çoxlu miqdarda maye qəbul edin.
Əgər siqaret çəkirsinizsə siqaret çəkməyi tərk edin, spirtli içkilərdən imtina edin .Beləki yoxsa ciblərin selikli qişası şişə bilər. Inhalyasiyalar vəziyyəti yüngülləşdirə bilər.
Həkim diaqnoz qoymaq üçün ciblərin rentgenoloji müayinəsini və digər analizləri təyin etməlidir. Lazım olan dərmanları, burun tutulmasına qarşı spreyləri və damcıları , antibiotikləri , antihistamin dərmanları lazım gələrsə təyin etməlidir. Əgər burun polipləri əmələ gəlirsə və digər dərman maddələri kömək etmirsə həkim cərrahi müdaxilə təklif edə bilər.
Profilaktikası
Əllərinizi tez-tez yuyun, siqaret çəkmək ciblərin qiciqlanmasına səbəb ola bilər. Spirtli içkidən istifadə ciblərin ödeminə səbəb ola bilər. Siqaret tüstüsü və çirklənmiş hava tənəffüs yollarının qiciqlanmasılna gətirib çıxarmaması üçün bunlardan imtina edin.

immunitet.az

loading...

Məsləhət Görürük

1454014350356

ŞOK qulaq çöpləri qəti olmaz

videoya baxmamışdan əvvəl bu videonu yaxınlarınıza da göndərin ki bu problemlə rastlaşmayasınız

Яндекс.Метрика

Designed by F.Aliyev