Qaynar Məqalələr

Kuşinq xəstəliyi (sindromu)

12308495_951806434913360_8229577173464126367_n
Kortikotropin hormonunun ifrat dərəcədə ifraz olunması hiperkortisizm adlanır.
Hiperkortikosistizm böyrəküstü vəzin qabıq maddəsinin qlüko və az dərəcə mineralokortikoidlərinin artıq ifrazı ilə səciyyələnməklə yanaşı orqanizmdə bir sıra pozğunluqlarla təzahür edən xəstəlikdir.
İtsenko-Kuşinq xəstəliyi neyroendokrin xəstəlik olub hipotalamusdan kortikotropin-rilizinq hormonunun və ya hipofizin ön payının hormonununifraz olunmasının təsirindən kortizolun yüksək sekresiyası kimi izah olunurş
İtsenko Kuşinq xəstəliyi böyrəküstü vəzin şişi və ya hiperplaziyası, hiperproduksiyası və ya kortikosteroidlərin ekzogen artıqlığı nəticəsində kotizolun yüksək sekresiyası ilə səciyyələnir.
Patogenezi :Aldesterona nisbətən kortizolun minerolokortrikoid təsirinin 300 dəfə çox olmasına baxmayaraq sağlam şəxslırin qan plazmasında onun konsentrasiyası min dəfə yüksəkdir .
Qlükokortikoidlərin artıq miqdarı nəticəsində arterial təzyiqin yüksəlməsinə səbəb olanbaşlıca amillərdən biri onların genlərin transkripsiya sürətinə təsir etməkləbir çox hüceyrə proseslərini modullaşdırmaq qabiliyyətinə malik olmalarıdır.Qlükokortikoidlər qara ciyərdə angiotenzinogen sintezini sürətləndirmək vasitəsilə renin-angiotenzinsisteminin aktivləşməsinə təsir edirlər,Bununla yanaşı azot oksidinin aktivliyi azalır,natriumun hüceyrə daxilinə yerləşməsi müşshidə olunur ki,bu da plazmanın həcminin artmasına səbəb olur
Klinikası:Bu xəstəlikdə arterial təzyiq yumşaq və ya mülayım olur ki,xəstələrin tibbi yardıma ehtiyacı olmur,Lakin vaxtında aşkar edilməməsi damarlarda ağırlaşmalara gətirib çıxarır,Bu xəstəlikdə arterial hıpertenziya sistola diastolik xarakter daşıyır və krizsiz keçir,
Kliniki əlamətlərinə aşağıdakılar aiddir
1 Mərkəzi tipli piylənmə
2 Aypara şəkilli sifət
3 Əzələ zəifliyi
4 Əzələlərin atrofiyası
5 Qarının aşağı hissəsində tünd rəngdə zolaqlar
6 Hipertrixoz
7 Virilizasiya
8 Hirsutizm
Diaqnostikası:Xəstəliyin diaqnostikasında ümumi laborator analizlərin nəticəsi əsas götürülür.Analizlərin nəticələrinə baxdıqda polisistemiya, qiükozada tolrantlığın aşağı düşməsi,leykpsitoz,sidikdə kaliumun aşağı düşməsi müəyyən olunur Diaqnozu dəqəqləşdirməyə oksitosteroidlərin və ketasteroidlərin sutka ərzində sidiklə xaric olması kömək edir
Xəstəliyin müqalicəsi cərrahi yolladır.Əməliyyat zamanı böyrəküstü vəzin və hipofizin şişləri kənarlaşdırılır və uyğun müalicə təyin olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

hormonlar

Hormonlar haqqında məlumat

Hormonlar haqqında məlumat. Hormonlar daxili sekresiya vəzilərində sintez edilərək, qan vasitəsilə orqanizmin müxtəlif toxumalarına yayılan, …

Яндекс.Метрика

Designed by F.Aliyev