Qaynar Məqalələr

Perikardit

pericardit-5501
Perikardit perikardın qeyri-infeksion iltihabi xəstəliyidir. Perikardit daxili orqanların bir çox xəstəliklərində təsadüf olunmaqla onların ağırlaşması hesab edilir. Əksər hallarda perikardit müstəqil əhəmiyyət kəsb edir. Adətən qadınlar kişilərə nisbətən daha çox xəstələnirlər.
Etiologiyası
Etiologiyasında infeksion və qeyri -infeksion faktorlar mühüm rol oynayır. infeksion faktorlara viruslar, bakteriyalar, göbələklər aiddir. Qeyri-infeksion faktorlara isə allergik xəstəliklər, birləşdirici toxumanı sistem xəstəliyi, miokard infarkti, maddələr mübadiləsinin nəzərəçarpan pozğunluqları ilə gedən xəstəliklər, döş qəfəsinin travması, radiasiya,bədxassəli şişlər, hemorragik diatezlər, hemablastozlar və s. aiddir.
İnfeksion perikarditlərdən ən çox rast gəlinənlər aşağıdakılardır:
– qeyri-spesifik kokk perikarditi, ağırlaşma ilə gedən infeksion endokartit, pnevmoniya və s. nəticəsində inkişaf edən perikardit
– vərəm perikarditi
– virus perikarditi
– revmatik perikardit
Qeyri infeksion perikarditlərdən ə çox rast gəlinən aşağıdakılardır:
allergik, o cümlədən dərman perikarditi
birləşdirici toxumanın sistem xəstəliklərindən sonrakı perikardit, autoimmun perikardir
maddələr mübadiləsinin pozğunlugu ilə gedən xəstələrdə perikardit
bədxassəli şişlərdə perikardit
Patogenez
Əksər hallarda kəskin perikardit iltihabdan sonra başlayır. İltihab ən çox iri damarların mənfəzində lokalizə olunur, nəticədə çoxlu miqdarda fibrinogen olan gerisorula bilən az miqdarda iltihabi qabarcıq əmələ gəlir. Məhdudlaşmış fibrinoz perikardir zamanı perikard boşluğuna eksudatın yığılması müşahidə olunmuir. Bu quru perikarditdir. Əgər sonradan iltihabi proses ürəyin bütün sahələrini əhatə edərsə eksudatın geri sorulması pozulur, perikard boşluğuna çoxlu miqdarda maye toplanır və nəticədə eksiydativ plevrit yaranır. Bəzi hallarda mayenin həcmi 1-2l ə çatır.
Kəskin perikarditin kliniki şəkli xəstəliyin xarakteri və ağırlıq dərəcəsindən asılıdır. Xəstələr az da olsa hərarətin qalxmasından, halsızlıqdan, üşütmədən,skelet əzələlərində gərginlik və ağrıdan şikayətlənirlər. Perikarditdə ən çox ürək nahiyəsində olan ağrı simptomu əsas yer tutur. Xəstə arxası üstdə uzanmiş vəziyyətdə, dərin nəfəs alıqda,öskürdükdə, udqunduqda ağrının güclənəsi perikardial ağrılara məxsus xüsusiyyətdir.
Müayinəsi:
EKQ və ExoKQ dan istifadə olunur. Laborator müayinə zamanı leykositoz, EÇS-in artması C reaktiv zülalın artması müşahidə olunur.
Müalicəsi:Eksudativ plevritdə perikard punksiya olunur , irinli eksudat çəkilir,plevra boşluğu yuyulyr, antibiotik yeridilir
Xəstəyə yataq rejimi təyin olunur ,antibiotiklər ürək qlükozitləri təyin edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

kann

Qanın laxtalanma qabiliyyətinin artması

Qanın laxtalanma qabiliyyətinin artması Qanın laxtalanması aşağıdakı amillərin təsiri nəticəsində sürətlənə bilir: * trombositlərin miqdarının …

Яндекс.Метрика

Designed by F.Aliyev