Qaynar Məqalələr

MƏDƏ XƏRÇƏNGİ

gastric-and-stomach-cancer
Mədə xərçəngi mədənion epitelial toxumasından inkişaf edən bədxassəli şışdır.Kişilər bu xəstəliyə qadınlardan 2 dəfə çox xəstələnirlər.
Təsnifatı: Mədə xərçənginin klinik ,morfoloji, endoskopik məlumatlara əsaslanan təsnifatları mövcuddur.Mədə xərçənginin beynəlxalq təsnifatı şiş prosesinin yayılması dərəcəsinə görə müəyyən edilməsinə əsaslanır.
Etiologiyası:Mədə xərçənginin əmələ gəlmə səbəbi naməlumdur
Əmələgəlmə səbəbini 2 yerə bölürlər
1 Ekzogen faktorlar
2 Endogen faktorlar
Ekzogen faktorlara müxtəlif konsevatorlara ,nitratlara malik qida məhsullarının tez tez istifadə olunmasını aiddir.Helikobakter pılori
ilə assosiasiyali xroniki qastriti də mədə xərçəngiönü vəziyyət kimi qəbul eləmək olar.
Endogen faktorlara isə mədə xorası aiddir. Belə hesab edirlər ki ,fonunda sonralar mədəxərçəngi inkişaf edən mədə xorası,elə başlanğıcdan mədə xərçənginin xora formasıdır.
Kliniki əlamətləri:Mədə xərçənginin əlamətləri qeyri-spesifik və müxtəlifdir.Xəstələri adətən mədə nahiyyəsində ağrı və diskomfort narahat edir.Fiziki müayinələr zamanı aşkar edilən göstəricilər adətən xəstəliyin inkişaf etmiş stadyasında məlum olur.Bunlar epiqastral nahiyədə əllənən şiş s,dəridə sarılıq,qaraciyərdə əllənən düyünlərdir.
Müayinəsi: Xəstəliyin müayinəsində endoskopik müayinə, USM.kompyuter tomoqrafiya böyuk rol oynayir.
Müalicəsi:Mədə xərçənginin müalicəsinin xarakteri,qəti olaraqxəstəliyin mərhələsindən asılıdır.
Birinci və ikinci mərhələdə radikal cərrahi müalicə göstəriş sayılır ancaq nə kimyəvi nə də şüa terapiyası tətbiq olunmur.
Üçüncü mərhələdə kombinə olunmuş və ya palliativ əməliyyat
tətbiq olunur, şüa və kimya terapiyası lazım gəlir.
Dördüncü mərhələdə kimya terapiyası göstərişdir.Yerli ağrılı metastatik zədələnmələr olduqda şüa terapiyası tətbiq olunur
Mədə xərçəngi zamani cərrahi müalicə də aparılır.
Cərrahi müdaxilələrin əsas tipləri aşağıdakılardır:
– Mədənin distal subtotal rezeksiyası
– Mədənin proksimal subtotal rezeksiyası
– Qastrektomiya
Əlavə olaraq şiş yaylmış orqanin (mədəaltı vəz,yoğun bağırsaq)rezeksiyası,qara ciyərin rezeksiyası,splenektomiya,qastrektomiya Şiş mədə ilə limfa düyünləri iləkompleks şəkildə rezeksiya olunaraq orqan ilə bir vahid blokda xaric edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

goz

Görmə qabarının şişləri

Görmə qabarının şişləri. Görmə qabarının şişləri histoloji quruluşuna görə çox vaxt astrositom və qlioblastomalardır. Xəstəlik …

Яндекс.Метрика

Designed by F.Aliyev