Qaynar Məqalələr

Psoriaz

Depositphotos_65937299_m-2015(2)
Psorıaz xəstəliyi dərinin zədələnməsilə müşayiət olunan qeyri-infeksion xroniki xəstəlikdir.
Psoriazın əlamətləri:
Xəstəliyin autoimmun xarakterli olması güman olunur. Psoriaz xəstəliyi zamanı dəriyə gözlə baxanda onun həddindən artıq quru olduğu, qırmızı və dəri səthindən bir qədər qabarmış səpgilərin olduğu görünür. Bu səpgili ləkələrə psoriatik ləkələr deyilir. Xəstəliyin əmələ gəlməsi hələ də tibbə məlum deyil. Xəstəliyin əlamətləri növündən, səpginin ölçüsündən asılı olaraq dəyişir.
Əvvəlcə xəstəlik bir-birinə yaxın olan xırda qabarcıqlar şəklində özünü biruzə verir. Bu qabarcıqlar bir-birindən boz rəngli xətlərlə birləşir. Daha sonra isə iri ləkələr şəklini alır. Adətən psoriaz ləkələri ovucun içində, dizlərdə, oynaqlarda, başın tüklü hissəsində lokallaşır.
Psoriaz xəstəliyinin ən pis növu epidermik psoriazdır. Psoriazın bu növü qızdırma ilə müşayiət olunur. Bu zaman xəstənin qanında da dəyişikliklər baş verir, ləkələr getdikcə artıb bütün bədənin dəri səthini tutur. Psoriaz xəstəliyi dərinin tüklü hissəsində olarsa, oradakı tüklər tökülür.
Müalicəsi:
Psoriaz xəstəliyi tam müalicə oluna bilinməyənən xəstəliklərdəndir. Müalicə zamanı həkim xəstəyə kortikosteroıd mazlar, plazmaparez, kimyaterapiya təyin edir. Bununla yanaşı xəstəyə pəhrizə əməl etmək, kəskin istiotlu, ədviyyatlı qidalardan uzaq durmaq tövsiyə olunur.

immunitet.az

loading...

Məsləhət Görürük

atipik-xal

Anadangəlmə atipik xallar

Anadangəlmə atipik xallar Anadangəlmə atipik xallar yeni doğulmuş körpənin dərisində iri ölçüdə tünd ləkənin olması …

Яндекс.Метрика

Designed by F.Aliyev