Allergik rinit

maxresdefault
Allergik rinit burunun selikli qişasının allergik xəstəliyidir .Bu xəstəliyin əlamətləri soyuqdəymə əlamətlərinə bənzəyir.Allergik rinit zamanı asqırma , burunun ətrfında şiçkinlik.burunda qaşınma
və axıntı olur.Allergik rinitin 2 növu var:
1 fəsil dəyişən zaman baş verən allergiya
2 bütün il boyu baş verən allergiya( qidaya,məişət tozuna qarşı olan allergiyalar,heyvanlara qarşı olan allergiyalar)
Allergik rinit allergenlərin (çiçək tozcuqlarının.bitki və ağac tozlarının)həssas adamı gözlərinə və burnuna düşməsi nəticəsində baş verir.
allergik rinit ilin müəyyən fəsilləırində baş verir. Buadətən yaz aylarina təsadüf edir.
Əlamətləri:
Qaşinma, göz yaşarması,burun axması, burunun tutulması.Bu əiamətlər şiddətləndikdə isə bədəndə həssaslıq artır,baş ağrıları,halsızlıq, yuxunun pozulması,Xəstənin vəziyyəti get gedə pisləşərsə hətta depressiyaya belə gətirib çıxara bilir.
DİAQNOSTİKASI
Allergik rinitə lor həkimi və ya allerqoloq diaqnoz qoyur.Həkim burun boşluğunu müayinə etdikdən sonra qanın analizinə baxır.Adətən xəstəyə allergenlərə qarşı sınaq qoyulur.Bu sınaq vasıtəsilə xəstənin nəyə qarşı allergiyasının olduğu müəyyən edilir.
MÜALİCƏSİ
Müalıcə həkim nəzarəti altında aparılır.Əsas müalicə isə allergiyanı əmələ gətirən səbəbin aradan qaldırılmasıdır.Xəstəyə antihistamin peraparatlar təyin olunur,otağın havası tez tez dəyişdirilir
PROFİLAKTİKASI
Profilaktikası üçün ən ideal variant allergiyaya səbəb olan vasitəni tapmaq və ondan uzaqlaşmaqdır
QORUNMA ÜSULLARI
Allergiyadan qorunmaq üçün aşağıdakılara əməl etmək lazımdır:
-meşədən. ağacların sıx olduğu yerdən uzaq gəzmək
-küləkli havada gəzməmək
-otağın havasını yağışdan sonra küləksiz havada dəyişdirmək
-küçədən qayıdarkən yaxşıca yuynmaq , paltaları dəyişmək
-hər gün duş qəbul eləmək
-maşında gfedərkən pəncərəni bağlı saxlamaq
– evdə hər gün təmizlik işi aparmaq
-həkimin təyin etdiyi dərmanları vaxtında qəbul etmək

loading...

Məsləhət Görürük

allergik

Allergiya və onun əmələ gəlməsi

Allergiya və onun əmələ gəlməsi. Allergiya  orqanizmin  antigen  təbiətli  maddələrə  qarşı  yüksəlmiş  və  təhrif  olunmuş …

Яндекс.Метрика

Designed by F.Aliyev