Qaynar Məqalələr

Vasvasılıq xəstəliyi

1167912_16b1368dbf97908b72ac48a4c1e3c1f4_640x640

Hər şeyi və hər yeri təmizləmə və bunu davamlı etmə istəyi, bir müddət sonra içindən çıxılmaz bir xəstəliyə gətirib çıxara bilər.
Əsas səbəblər bunlardır

Əsəb pozğunluğu, şübhəçilik, özündən və hamıdan əmin olmama hissidir. Məsələn əlini yuduğu halda əmin ola bilmədiyi üçün təkrar yuya bilər. Bu xəstəlik müalicə edilə bilən bir xəstəlikdir. Lakin müalicə edilmədiyində ciddi sağlamlıq problemləri ortaya çıxara bilər.

Bu xəstəliyinin əlamətləri bunlardır

  • Davamlı əllərini yuması,
  • Davamlı evi təmizləməsi,
  • Evə gələn bir qonağın və hətta ailə üzvlərinin istifadə etdiyi hər şeyi təmizləməsi,
  • Zamanın çoxunu təmizlik edərək keçirməsi,
  • Hər şeyi yuyar və təmizləmədən istifadə edə bilməz.
  • Bu xəstəliyinə təsir edən faktorlar bunlardır

Bioloji, psixoloji və ekoloji faktorlar.

Anası çox vasvası olan uşaq bu xəstəliyinə yoluxma ehtimalı çox böyükdür. Yaxın bir dövrdə yaşadığı ağır bir hadisə də bu xəstəliyə səbəb verə bilər. Məsələn iflas, boşanma və.s
Əvvəlcə ictimai və iş həyatı pozulur. daha sonra həddindən artıq təmizlikdən ötəri yaxınları evinə gəlmək istəmirlər. Eyni zamanda bu tərz xəstəliklərdə adam ən çox özünə zərər verər. Zamanın çoxunu təmizliyə ayırdığı üçün zaman itkisi yaşar digər etməsi lazım olan heç bir şeyə diqqətlənə bilməz. Həm ev və ictimai ətrafıyla həm də iş mühiti ilə əlaqələri pozular. İş performansı əhəmiyyətli dərəcədə mənfi təsirlənər. Evlidirsə yoldaşı və uşağı ilə ünsiyyət pozuqluğu yaşayar. Özünü təmizlik edərək davamlı əldən salar, günün sonunda yorğun və əldən düşmüş olar. Müəyyən dövr sonra adam bədən cəhətdən müəyyən narahatlıqlara zəmin hazırlamış olar. Məsələn bel, əzələ oynaq ağrıları bu dövrdə ortaya çıxa bilər. Eyni şəkildə zamanında müalicə olunmazsa insanda depressiya kimi psixoloji bir çox narahatlıq da ortaya çıxa bilər.

UNUTMAYIN bu müalicə oluna bilən xəstəlikdir sadəcə vaxtında

PŞƏKAR HƏKİMƏ müraciət edin 

immunitet.az

loading...

Məsləhət Görürük

gulmek

Gülməyin faydaları

Gülməyin faydaları. ABŞ-da aparılan araşdırmalar gülməyin insan sağlığına aşağıdakı faydaları olduğunu sübüt etmişdir: 1. Araşdırmalar …

Яндекс.Метрика

Designed by F.Aliyev