Qaynar Məqalələr

Konyuktivit

kidney-hands
Konyuktivit infeksiya,allergik reaksiya və ya gözlərin kimyəvi maddələrlə qıcıqlanması zamanı baş verə bilər.
Səbəbləri.
İnfeksion konyuktiviti viruslar(adenovirus,herpes virusu), bakteriyalar(streptokokk,stafilokokk, pnevmokokk, qonokokklar) törədə bilər.Virus konyuktiviti kəskin respirator xəstəliklərin (soyuqlama) səbəbi ola bilər.Allergik konyuktivit hər hansı allergenə qarşı –toza ,heyvanların tükünə,bitkilərin tozcuqlarına cavab olaraq atopik dermatit, allergik rinit kimi təzahür edir.Konyuktivit kimyəvi maddərin buxarlanmasından(laklar,boyalar, təmizləyici maddələr) gölərin qıcqlanması ilə baş verir.Konyuktivitin digər nadir səbəbləri vardır ki,bunları ancaq həkim müayinə zamanı aşkar edə bilər.
Simptomlar

  • Virus konyuktiviti

1-gözün həddən artıq sulanması
2-gözün qıcıqlanması,həmişə gözü sürtmək istəyi

  • Bakterial konyuktivit

1-irnli ifrazat- səhər insan yuxudan ayıldıqda göz qapaqları bir-birinə bitişir,onları açmaq çətin olur
2-konyuktivanın və göz qapaqlarının şişkinliyi,gözün sulanması
3-gözün qıcıqlanması və sulanması
4-adətən bir göz zədələnir,təmizliyə əməl etmədikdə infeksiya digər gözə də keçə bilər

  • Allergik konyuktivit

1-adətən hər iki göz zədələnir
2-düclü qaşınma
3-gözün sulanması
4-göz qapaqlarının şişkinliyi
Ağırlaşmaları
Ağırlaşmalardan biri ağır nəticəyə gətirib çıxaran,görmənin itirilməsi ilə müşayiət olunan keratitdir.Buna görə də müalicəyə vaxtında başlamaq lazımdır.
Siz nə edə bilərsiniz
Konyuktivitin müxtəlif formaları müxtəlif müalicə tələb edir. Buna görə də bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Həkim nə edə bilər
Diaqnozu oftalmoloq qoyur. Bəzi hallarda mikroorqanizmin növünü təyin etmək üçün gözdən yaxma götürmək lazım gəlir.
Allergik konyuktiviti müalicə etmək üçün allergeni aşkar etmək, aşkar etdikdə onunla kontaktı kəsmək lazımdır.Bundan sonra göz nahuyəsinə soyuq kompress,süni göz yaşı preparatlarından istifadə olunur.Ağır hallarda həkim qeyri-steroid iltihab əleyhinə və ya antihistamin preparatlardan istifadə edir.
Bakterial konyuktivit adətən tərkibində antibiotiklər olan göz damcıları və məlhəmləri ilə müalicə olunur.
Profilaktika
Virus və bakterial konyuktivitin profilktikasında adi gigiyena qaydalarına əməl etmək lazımdır.Əlləri sabunla yumalı,uzə və gözlərə əl vurmamaq, fərdi dəsmallardan istifadə etmək məsləhət görülür.Burun dəsmallarndansa birdəfəlik kağız dəsmallardan istifadə etmək daha məqsədə uyğundur.
Allergik konyuktivitdə allergenləri aşkar etmək və onlarla kontaktı kəsmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev