Qaynar Məqalələr

Bronxlar haqqında ümumi məlumat

945245_1027111640689847_4295513376600473570_n

Ümumi məlumatlar
Bronxlar insanın tənəffüs sisteminin bir hissəsi olub, nəfəs borusunu ağ ciyər toxuması ilə birləşdirən borulardan ibarətdir.Nəfəs borusu 2 baş bronxa haçalanır,bunlar da öz növbəsində şaxələnərək boru və borucuqlar şəbəkəsi(bronx və bronxiollar) əmələ gətirir ki, tənəffüs zamanı bunlar vasitəsilə hava ağ ciyər toxumasına daxil olur. Alveola adlanan kiçik borucuğun qurtaracağında mikroskopik torbacıq yerləşir ki,bu torbacıqla oksigen havadan qana daxil olur.Bronxit zamanı bronxlar iltihaba uğrayır və ya bronxun mənfəzinə çoxlu miqdar selik ifraz olunur.
Mövzuya uyğun yeniliklır
İltihab adətən viruslar(kəskin respirator xəstəliklər, qripp) və ya ikincili bakterial infeksiya tərəfindən törədilir(infeksion bronxit) Bronxit həm də ağ ciyərləri qıcıqlandıran kimyəvi maddələrlə -toz, ammonyak(müxtəlif təmizləyici vasitələrin tərkibinə daxil olan),tüstü ilə nəfəs aldıqda baş verə bilər. Xroniki sinusit ,astma xəstəliyi olan adamlar da bronxit xəstəliyinə tutula bilərlər.Bronxit adətən ağır gedişatla keçmir, əmək qabiliyyətinin pozulmasına səbəb olmur,lakin ürək və ağ ciyərlərin xroniki xəstəlikləri olan, siqaret çəkən, yaşlı insanlarda ciddi problemlər törədə bilər.
Kəskin bronxitin simptomları
İnfeksion bronxit adətən qışda meydana çıxır.Bu xəstəlik adətən adi soyuqlama, ümumi yorğunluq,boğazda qıçıqlanma kimi özünü göstərir, sonra öskürək əmələ gəlir. Başlanğıcda öskürək quru olur,sonra yaş öskürəyə keçir,sonradan ağ, sarı və yaşılımtıl bəlğəm xaric olur. Daha ciddi vəziyyətlərdə temperaturun yüksəlməsi müşahidə oluna bilər.Əgər simptomlar get-gedə güclənirsə həkim Sizi ağ ciyərlərdə pnevmoniyanın olmasını inkar etmək üçün ağ ciyərlərin rentgenoloji müayinəsinə göndərə bilər.
Xroniki bronxitin simptomları
Xroniki bronxit termini kəskin bronxitdən fərqli olaraq uzun sürən xəstəlik zamanı həkimlər tərəfindən istifadə olunur.Öskürək və bəlğəmin xaric olması hər il təkrarlana bilər və uzun müddət sürə bilər. Xroniki bronxit ən çox siqaret tüstüsu,müxtəlif qıcıq landırıcı maddələrlə nəfəsalma zamanı baş verə bilər.Kəskin və xroniki bronxitin əsas fərqləndirici cəhəti odur ki, bronxların selikli qişası daha çox bəlğəm ifraz edir, buna görə də öskürək əmələ gəlir,infeksion bronxit zamanı isə öskürək tənəffüs yollarının iltihabı zamanı baş verir.Xroniki bronxitin ən çox rast gəlinən səbəblərindən biri müntəzəm sigaret çəkməkdir.Qıcıqlandirici maddələrin təsiri vəziyyətin getdikcə pisləşməsinə gətirib çıxarır, bu da xırda tənəffüs yollarının iltihabına və çapıqlaşmasına səbəb olur.Bu qıcıqlandırıcı maddələr alveolların dağılmasına səbəb olur, nəticədə emfizema inkişaf edə bilər.Bu zaman pasiyent üçün istənilən fiziki yüklənmə zamanı nəfəsalma çətinləşir. Bronxit və emfizema həm sərbəst xəstəlik kimi rast gəlinir, həm də bir-birini müşayiət edə bilər.
Siz nə edə bilərsiniz?
Əğər Siz siqaret çəkirsinizsə ən yaxşısı budur ki, tam sağalana qədər siqaretdən imtina edəsiniz.Siz anlamalısınız ki, müntəzəm siqaret çəkmək xroniki bronxitin və digər ciddi xəstəliklərin baş vermə riskini artırır.
Həkim nə edə bilər?
Bronxit çox ciddi xəstəlikdir.Yalnız həkim düzgün diaqnoz qoyur və adekvat müalicə təyin edir.Həkim bu zaman yataq rejimi, çoxlu maye qəbulu,ağrıkəsici və qızdırmasalıcı preparatlar(parasetamol)təyin edir.
Öskürək zamanı sarı və ya yaşılımtıl bəlğəm ifraz olunursa,bədən hərarəti çox yüksəkdirsə ehtimal ki,bu, bakterial bronxitdir.Bu halda həkim antibiotiklər təyin edə bilər.Xroniki bronxit zamanı həkim bir neçə məsləhət verə bilər.Bu zaman həkim siqaret çəkməkdən imtina etməyi məsləhət görəcək ki,təngnəfəsliyin artmasının, xəstəliyin güclənməsinin qarşısı alınsın .
Həkim bronxolitiklər təyin edə bilər. Bu dərmanlar tənəffüs yollarını genəldir və tənəffüsü yüngülləşdirir.Onları ən çox inhalasiyalar şəklində(müxtəlif inhalyator cihazlar-inhalyatorlar) təyin edirlər.Kəskinləşmə zamanı kortikosteroidlər və antibiotiklər təyin edilir.Ağır hallarda və ya tez-tez kəskinləşmələr zamanı kortikosteroidlər daimi təyin oluna bilər.
Bronxitin profilaktikası
Payız-qış mövsümündə aparılan vaksinasiya xroniki bronxitli xəstələr üçün məsləhət görülə bilər. Pnevmokkların törətdiyi xəstəliklər əleyhinə olan vaksinasiya da xroniki bronxitli xəstələr üçün məsləhət görülə bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

astma

Bronxial astmanın pilləli müalicəsi

Bronxial astmanın pilləli müalicəsi. Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az …

Яндекс.Метрика

Designed by F.Aliyev