Qaynar Məqalələr

Angina

137965-yazvenno-nekroticheskaya-gangrenoznaya-angina-foto
Badamcıqların iltihabı-tonzillit adlanır. Tonzillit viruslu və bakterial ola bilər. Angina udlaq badamcıqlarının bakterial mənşəli iltihabı deməkdir. Onun kataral və irinli ( lakunar və follekuyar) formaları ayırd edilir.
Səbəbləri.
Streptokokk bakteriaları ( 90 % hallarda ) və ya stafilakokklar anginanı törədir. Xəstəliyin mənbəyi xəstə insan və ya xəstəliyin daşıyıcı insan hesab olunur. Xəstəliyə yoluxma hava – damci yolu ilə , bəzən də alimentar yolla – bir qabdan istifadə etdikdə baş verə bilər. Əgər ailənin bir üzvü xəstədirsə, onu başqalarından izolə etmək , işlətdiyi qabları ayırmaq lazımdır.
Anginanın simptomları.
1. Udma zamanı boğazda kəsgin və güclü ağrı
2. Yüksək temperatur( 39- 40 dərəcə)
3. Ümumi zəiflik,baş ağrısı
4. Alt çənədə limfa düyünlərinin böyüməsi
Xüsusi ilə kiçik yaşlı uşaqlarda bu zaman qidadan imtina, tüpürcək ifrazı , qulaqlarda ağrı qeyd olunur. Lakunar anginada badamcıqlar böyüyür, qızartılı olur, üzəri ağ ərp ilə örtülü olur. Folikulyar anginada badamcıqlar böyüyür, üzəri düyü dənəcıklərinə oxşar acıq sarı qovuqcuqlarla örtülü olur.
Diaqnostika
Anginanın diaqnozu kliniki simptomlara əsaslanır, bəzi hallarda həkim boğazdan difteriyaya görə yaxma götürə bilər.
Müalicə əsasən antibiotiklərlə aparılır. Həkim müvafiq müayinə etdikdən sonra əsnəyin vəziyyətinə əsasən antibiotiklər təyin edir. Özbaşına müalicə ilə məşqul olmayın. Boğazı qarqara etmək, iltihab əleyhinə aerozolların və siropların tətbiqi bakterial agenti aradan qaldıra bilməz.
Siz nə edə bilərsiniz.
Xəstəliyin əvvəlində mütləq yataq rejiminə əməl etmək lazımdır. Qidadan istiotlu, duzlu ağırlıq gətirilən məmulatlar çıxarılır. Çoxlu isti maye qəbulu ( süd bal ilə , limonlu çay), yüngül bulyon, duru sıyıqlar, kisellər məsləhət görülür. Aniseptik və iltihab əleyhinə inhalyasiyalar , boğaza atibakterial məhlulardan ibarət aerozolların tətbiqi sağalmanı tezləşdirir və yerli simptomları azaldır. Badamcıqlardan ərpi təmizləməyin, həmcinin öz başına antibiotik seçməyə cəhd etməyin.
Anginanın ağırlaşmaları.
Anginanım ən təhlükəli ağırlaşması revmatizm və qlomerulonefritdir. Anginanın vaxtında və adekvat müalicəsi streptokokkun orqanizmdən xaric edilməsi profilaktikanın əsasını təşkil edir.

immunitet.az

loading...

Məsləhət Görürük

1454014350356

ŞOK qulaq çöpləri qəti olmaz

videoya baxmamışdan əvvəl bu videonu yaxınlarınıza da göndərin ki bu problemlə rastlaşmayasınız

Яндекс.Метрика

Designed by F.Aliyev