Qaynar Məqalələr

Mastopatiya

10569037_1026433747424303_5982029021859380165_n

Mastopatiya(fibroz, kistoz xəstəliyi) –bu süd vəzlərinin dishormonal xəstəliyidir bu zaman süd vəzisi toxumasında birləşdirici, vəz toxumanın bərkiməsi baş verir və müxtəlif ölçülü kistalar əmələ gəlir.
Ümumi məlumatlar.
Mastopatiya daha çox 30 -50 yaş arasında rast gəlinir. Kliniki cəhətdən bu xəstəlik 2 qrupa – düyüynlü və diffuz mastopatiyaya bölünür. Düyünlü mastopatiyada süd vəzisində düyün aşkar olunur,diffuz mastopatiyada isə coxlu miqdar xirda törəmələr müəyyən olunur.
Mastopatiyanin inkşafı səbəbləri.
Mastopatiyaynin əsas səbəbi hormonal fonun pozulması hesab olunur ki, bunda səbəb nəinki yumurtalıqların xəstəlikləri, eləcədə qalxanvari vəzin, qaraciyərin və digər orqanların xəstəlikləri hesab olunur. Çox vaxt mastopatiyanin səbəbini müəyyən etmək mümkün olmur.
Mastopatiyanın simptomları.
Mastopatiya uzun müddət qadını narahat etməyə bilər. Lakin qadınlar əksər hallarda aşağıdakı şikayətlərlə həkimə müraciət edirlər.
1. Süd vəzlərində ağrılar ( daimi və ya periodik təkrar olunan aybaşıya qədər dövrdə)
2. Süd vəzlərində bərkimələrin və ya həcmli törəmələrin əmələ gəlməsi (onların ölçüsü aybaşı dövründə dəyişə bilər)
Diaqnostika
Diaqnostika kliniki tədqiqatlara əsaslanır ( ginekoloqun , mammoloqun və bəzi hallarda onkoloqun müayinəsi),süd vəzlərnin USM- i, mamoqrafiyalar,hormonal profilin tədqiqatı ( estrogenlərin , progesteron, prolaktinin səviyyəsi ). Mikroskopik olaraq proliferativ və qeyri proliferativ formalara aid edilir. Proliferativ formalaraı daha çox diqqət tələb edir, cünki onun süd vəzisi xərçənginə çevrilməsi riski daha çoxdur.
Siz nə edə bilərsininiz?
Hər bir qadın bu xəstəliklərin əlamətləri haqqinda bilməlidir və öz döşünü heç olmasa ayda bir dəfə əməlli özü müayinə etməlidir. Əgər qadın döşündə nəsə bir dəyişiklik hiss edirsə mütləq həkimə müraciət etməlidir. Özünü müalicə ilə məşqul olmağa cəhd etməyin. Mastopatiyanı müalicəsinə başlamamışdan qabaq süd vəzisi xərcəngi və digər təhlükəli xəstəlikləri inkar etmək lazımdır.
Həkim necə kömək edə bilər.
Mastopatiyanın müalicəsi onun yaranma səbəblərindən asılıdır. Müayinə zamanı endokrinn fon dəyişibsə hormonların korreksiyası aparılır və ya endokrin xəstəliklər müalicə olunur. Həmcinin vitaminoterapiya homeopatik maddələr və fitopreparatlar yüngül sidikqovucu dərmanlar təyin olunur . Çoxlu miqdarda şokolad yemək, tünd çay içmək məsləhət görülmür.

immunitet.az

loading...

Məsləhət Görürük

0987-4

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları

Yumurtalıqların anadangəlmə inkişaf anomaliyaları. Yumurtalıqların inkişaf anomaliyaları aşağıdakı xəstəliklərlə özünü göstərir: * yumurtalıqların birinin olmaması …

Яндекс.Метрика

Designed by F.Aliyev