Qaynar Məqalələr

Beldə ağrılar

Back view of male suffering from back pain against a white background

Əksər hallarda beldəki ağrılar ciddi pozğunluq hesab olunmur və onu asanlıqla aradan qaldırmaq olar,lakin bəzən ağrı ciddi xəstəliklərin, onurğa sütununun travmaları ilə ( osteoxondroz), bəzi hallarda mədə- bağırsaq traktının xəstəlikləri ilə də bağlı ola bilər.
Demək olar bütün yetkin adamlar vaxtaşırı bellərində ağrı hiss edirlər. Onurğanın strukturu və funksiyaları travmalara və ağrılara qarşı meyillidir.
Onurğa sütunu 33 fəqərədən ibarətdir. Bu fəqərələr də fəqərəarası disklərlə bir birinə bağlıdır. Onurğa sütunu vətərlərlə, sinirlərlə, əzələlərlə əhatə olunub . Hər hansı bir kəskin hərəkət çox güclü təyziq ( ağır yük qaldırma),nataraz qamət beldə ağrıya səbəb ola bilər.
Səbəblər.
1. Nataraz qamət
2. Artıq çəki
3. Ağırlıq qaldırma
4. Infeksiyalar və digər xəstəliklər
Simptomlar
Əgər siz fiziki yükləmədən sonra boyun və bel nahiyəsində epizodik ağrı hiss edirsinizsə və bu ağrı 3-5 günə keçmirsə, qızdırma 37.8 dərəcədən yüksəkdirsə və bu ağrı ürəkbulanma ,qusma və diareya, ağrılı və ya çox tez- tez sidik ifrazı ilə müşayiət olunursa,aybaşı vaxtı qeyd olunursa, beldə ağrı əllərə, ayaqlara keçirsə mütləq həkimə müraciət etmək lazımdır.
Siz nə edə bilərsiz .
Fiziki aktiv həyat beldəki ağrıya qarşı ən yaxşı vasitədir. Isti vanna və ya isti kompress ağrını azalda bilər, lakin bu tədbirlərdən birinci 2 gün istifadə etmək məsləhət deyil .Bu zaman iltihab əleyhinə, ağrıkəsici dərmanlardan istifadə edin. Yuxu zamanı dizin altına yastıq qoymaq məsləhət görülür, əgər siz böyrü üstə yatırsınızsa yastığı ayaqlarınızın arasına qoyun. Ağrı azaldıqdan sonra adi rejimə keçə və tədricən işə başlaya bilərsiniz və bu zaman çalışın belinizə yuk düşməsin. Çalışın stressdən uzaq olun ki, ağrı güclənməsin.
Həkim beldəki ağrının səbəbini müəyyən etməli və digər ciddi xəstəlikləri inkar etməlidir. Həkim ağrıkəsicilər və ya miorelaksantlar təyin edir və sizi nevropatoloqa , revmatoloqa lazim olarsa ortopedə göndərir.
Proflaktik tədbirlər.
Qamətinizə fikir verin. Düzgün qamət onurğaya olan təzyiqi azaldır. Ağırlıq qaldirmaqdan çəkinin. Əgər siz ağır əşyalar qaldırmağa məcbursunuzsa , mütləq dizlərinizi bükün və çalışın belinizi düz tutun. Oturaq vəziyyətdə çalışın beli düzgün saxlayan stuldan istifadə edəsiniz. Çəkinizə fikir verin. Artıq çəki onurğaya olan təzyiqi artırır. Əgər yuxarı rəflərdən nəsə götürmək istəyirsinizsə çalışın dartınmayın, ayağınızın altına stul qoyun. Çalışın az əyilin.

 immunitet.az
loading...

Məsləhət Görürük

agri

Əzələ distrofiyası

Əzələ distrofiyası. Əzələ ditrofiyası əzələlərin zəifləməsi və degeneraziyasının pozulması nəticəsində baş verən patologiyalarla müşahidə edilir. …

Яндекс.Метрика

Designed by F.Aliyev