Qaynar Məqalələr

Nar haqqında bilmədiklərimiz

скачанные файлыNarın tərkibi orqanizmin normal fəaliyyəti üçün  bir çox minerallar, vitaminlər və mikroelementlərlə zəngindir. Narın əsas vitaminləri bilmək vacibdir, bunlar B6, B12, P və C vitaminləridir. Tərkibindəki vitamin C immun sisteminə möhkəmləndirici təsir göstərir. Vitamin P qan damarlarını gücləndirir. B6 – sinir sistemini gücləndirir və B12 – qan formalaşmasını yaxşılaşdırır. Lakin bunlar hamısı deyil!
– nar mükəmməl şəkildə bütün qan damarlarının divarlarını, sinir sistemi və qan dövranı gücləndirir. Həkimlər buna daha çox yaşlı insanların və əməliyyat keçirmiş insanların diqqət etməsini tövsiyyə edir. Beləki, onların orqanizmin daha çox gücləndirmə effekti lazımdır.

-soyuqdəymə kimi xəstəliklərin müalicəsi eləcə də, profilaktikası zamanı, qalxanvari vəzi və ürək xəstəlikləri zamanı da nar köməyə gəlir;
-həmçinin bu meyvəyə ateroskleroz, malyariya, qanazlığı və orqanizmin tamam əldən düşdüyü zaman da diqqət yetirmək tövsiyyə olunur. Narın tərkibindəki vitamin və mikrolementlər bu xəstəliklərlə çox tez mübarizə apara biləcək.

-müntəzəm olaraq yetişmiş nar meyvəsini yemək hipertoniya xəstələrində yüksək arterial təzyiqi təbii yolla aşağı salacaq;

-rasiyona bu şərq meyvəsini əlavə etmək mədə xərçəngini uzaqlaşdırmaq deməkdir;

-nar həmçinin bronxial astma və anemiya xəstələri üçün də faydalıdır;

-nar dənəciklərinin ləti və narın şirəsi orqanizmdən radioaktivliyi uzaqlaşdırır.

-tərkibindəki antioksidantlar sayəsində orqanizmi təmizləmə gücünə malikdir;

-iştah və hemoqlobinə müsbət təsir göstərir;

-sidikqovucu və antiseptik təsiri var;

-qaraciyər, böyrək və ağciyərlərin xəstəlikləri zamanı istifadə etmək tövsiyyə olunur.

Nar şirəsinin tərkibində 8-dən 20%-ə qədər şəkər mövcuddur, 9% isə limon və alma turşusu (katalizator).

Bir çox insanlar narı sadəcə onun içindəki tumlarına görə sevmirlər. Lakin çox əbəs yerə, axı onun toxumları da narın ləti vəşirəsi kimi faydalıdır. Beləki, üyüdülmüş nar tumları baş ağrıları və yüksək təzyiq zamanı kömək edir. Eləcə də, orqanizmdə hormonal aktivliyi tənzimləyir. Narın toxumlarından şirə və hətta efir yağları hazırlayırlar. Bu yağlar isə kosmetologiyada istifadə olunur. Şirəsi sidikqovucu effekt göstərdiyi üçün ondan qaraciyər və böyrək xəstəlikləri zamanı istifadə edilir. Yağyandırıcı F və E vitaminləri sayəsində dərini cavanlaşdırır, hüceyrələrin yenilənməsinə müsbət təsir göstərir.
Narın faydalarını saymaqla bitməz. Demək olarki, bütün xəstəliklər zamanı müsbət təsir göstərir. O, həmdə dad baxımın çox dadlıdır.
Xalq təbabətində şirin narın şirəsi böyrək xəstəlikləri, turş narın şirəsi isə  böyrək və öd kisəsindəki daşlar zamanı istifadə olunur. Narın şirəsi həmçinin, qızdırma və titrəmə zamanı da susuzluğ qarşısını alaraq atəş salıcı təsir göstərir.
Nar şirəsi yanıqlar zamanı antiiltihab effektinə malikdir. Narın qabığından ishal və qurd yaranması zamanı istifadə edilir.

Narın faydaları ilə yanaşı bəzi zərərli tərəfləri də vardır…

-beləki, bu meyvənin şirəsi bir çox mədə xəstəliklərindən, mədə xorasından və yüksək turşuluqlu qastritdən əziyyət çəkənlər üçün tövsiyyə edilmir;

-1 yaşına qədər olan körpələrə də vermək məsləhət deyil. 4-7 yaşına qədər olan uşaqlara isə nar şirəsini su ilə qarışdırıb vermək heç də pis olmaz;

-nar şirəsini qəbul etməzdən öncə stomatoloqla məsləhətləşmək də faydalıdır. Çünki, təbii çəkilmiş nar şirəsinin tərkibində diş minasını zədələyə bilən turşular mövcuddur. İçmədən öncə onu az miqdarda su ilə qarışdırmaq daha xeyirlidir,baxmayaraq ki, tərkibindəki vitaminlər bu zaman itmir. Şirənin qəbulundan sonra isə ağız boşluğunu yaxalamaq lazımdır.

-babasil və xroniki qəbzlikdən əziyyət çəkən insanlarında bu şirəni içməsi məsləhət deyil.

immunitet.az

 

loading...

Məsləhət Görürük

bulqur2

Bulqur haqqında bilmədikləriniz

Bulqur haqqında bilmədikləriniz. Xam maddəsi buğda olan bulqur qida vasitəsi kimi tanınır. Bulqur bir çox …

Яндекс.Метрика

Designed by F.Aliyev