Qaynar Məqalələr

Xərçəng xəstəliyi haqqında

А-у-девочки-ракƏgər xərçəng erkən mərhələdə aşkar edilərsə onu müalicə etmək mümkündür. Önəmli olan orqanizmə diqqət etməkdir, onun hansı vəziyyətdə özünü yaxşı hiss etməsi və nə zaman sapmasını anlamaq lazımdır. İnsan onkologiya xəstəliyinə tutularsa həkimlər bunu ilk mərhələdə müşahidə edə bilər.

Bir sıra ümumi xərçəng simptomları vardır. Əgər siz bunu özünüzdə hiss edirsinizsə bu o deməkdir ki, sizin orqanizminizdə bu və ya digər dəyişikliklər baş verir. Bunlar sizdə yaranibsa həkimə dərhal müraciət edin:
– şiş;
– səs batıqlığı, öskürək, təngnəfəslik;
– qanaxma;
– həzm tarktının işinin dəyişməsi;
– xallar;
– səbəbsiz çəki itirmə.

Xərçəngin ilkin əlamətləri aşkar edilərsə nə etməli?

Şişlər:
Əgər siz normal və adi halda orqanizminizin necə işləməsini bilirsinizsə, o zaman siz onkologiyanı dərhal hiss edəcəksiniz. Daha dəqiq desək xəstəliyə səbəb olan erkən mərhələdəki dəyişikliklərdən şübhələnəcəksiniz. Əgər bədəninizin hər hansısa bir yerində şiş nəzərə çarparsa dərhal həkimə müraciət edin. Bu halda şişin dəqiq nə zaman yaranması, onun sizə mane olub-olmaması (narahatlıq yaratması) və ölçüsünün dəyişməsi haqqında məlumatları tam dəqiqliklə bildirmək daha yaxşı olardı. Çox zaman xərçəng yaranmaları ağrısız olur.
Onkoloji şişin mənşəyinə toxunmaq çox zaman çətindir. Beləki, əgər həkim bədxassəli şiş aşkar edərsə o zaman xəstəni gələcək müayinə və analizlər üçün lazımlı mütəxəssisə yönəldəcək.
Əgər bədəndə tez-tez şişkinlik və ya şişlər yaranırsa nəzərə almaq lazımdır ki, onlar bədxassəli deyil.

Səs batıqlığı, öskürək, təngnəfəslik:
Sinə xərçəngi simptomları – səs batıqlığı, öskürək, təngnəfəslik. Bunlar təbii ki, infeksiya, iltihab və digər xəstəliklərdən yarana bilər. Lakin bəzi hallarda bu cür əlamətlər ağciyər xərçəngini göstərir. Əgər iki həftə ərzində öskürək və təngnəfəslik keçmirsə o zaman mütləq həkimə müraciət edin. Bəlğəmdə qan izi göründüyü halda da mütəxəssisə müraciət etmək lazımdır.
Səsbatıqlığına səbəb çox vaxt laringit də ola bilir. Bu xəstəlik qırtlağın iltihabı deməkdir. Nadir hallarda, səs batıqlığı – qırtlaq xərçənginin erkən simptomu hesab edilir. Əgər bu nasazlıq sizi iki həftədən çox narahat edirsə o zaman mütəxəssisə müraciət etməlisiniz.

Həzm traktının pozulması
İfrazın qanla olması həzm traktının fəaliyyətinin dəyişilməsi deməkdir.Adətən bu zaman qan tünd və ya açıq qırmızı olur. Açıq qırmızı qan olduğu zaman babasilin əlamətidir. Həzm traktının işinin tezliyinin heç bir səbəb olmadan dəyişməsi (qəbzlik və ya ishal) xərçəngin simptomlarından hesab oluna bilər. Bəzi xəstələr düz bağırsaq və qarında ağrılar hiss edir.

Qanaxma
Heç bir səbəbsiz yaranan qanaxma – daxili orqanlarının işinin pozulması deməkdir. Bu həkimə müraciət etmək üçün əsaslı bir səbəbdir.
Düz bağırsaqda baş verən qanaxma babasil simptomu, eləcə də daxili orqanlardan hər hansı birinin xərçəngi simptomu ola bilər. Əgər qadınlarda uşaqlıq və ya uşaqlığın boynunda bədxassəli şiş yaranıbsa o zaman qanaxma aybaşı aralıqlarında yaxud da, cinsi əlaqədən sonra baş verəcəkdir. Menopoz zamanı əgər belə hal müşahidə olunursa həkimə təcili surətdə müraciət edilməlidir.
Sidikdə qan görünməsi sidik kisəsinin xərçəngi və yaxud böyrəklərin onkoloji xəstəliyi deməkdir. Lakin buna səbəb infeksiya da ola bilər. Sidikdə qan izi göründüyü zaman mütləq həkimə müraciət edilməlidir.

Əgər öskürək zamanı bəlğəm qanla bərabər çıxırsa buna səbəb ciddi yoluxucu xəstəlikdir. Bəzən bu ağciyər xərçənginin əlamətidir. Qusma zamanı görünən qan xərçəngdən xəbər verə bilər,lakin bu mədə xorasıda ola bilər. Ona görə də, “xərçəngi necə müəyyən etmək olar?” sualına dəqiq cavab almaq üçün mütəxəssisə müraciət etmək lazımdır.

Burun qanaması və göyərməsi – nadir xərçəng simptomlarıdır.

Xallar
Dəri xərçəngi özünü necə göstərir? Bədənində çoxlu sayda xal olan insanlar bu haqda çox düşünürlər. Bu xəstəlikdən biri melanomadır. Bir qayda olaraq o dəri görünüşünü dəyişərək hiss olunur. Bəzən elə gəlir ki, yeni bir xal əmələ gəlib. Lakin melonoma mövcud olan xalda da formalaşa bilər. Ona görə də bəzən xoşxassəli “formalaşmanı” bədxassəlidən ayırmaq çətin olur.

Əgər xallarda aşağıda göstərilən əlamətlər yaranırsa durmadan həkimə müraciət edilməlidir:
– asimmetriya (xallar adətən hamar və simmetrik olur, melanomlar isə xeyr);
– hamar olmayan kənarlar;
– xallar üçün tipik olmayan rənglər ( beləki, xallar bir qayda olaraq qəhvəyi rəngdə olur, melanomlar isə qəhvəyinin qara, çəhrayı, qırmızı, ağ və hətta göy rənglə qarışığı rəngdədir)
– böyük ölçülü – (normal xallar 6mm diametrində olur, melonomlar ise 7 mm-dən artıq olur);
– üzərində qabıqlanma, qaşınma, qanaxma: melonomlar qanaxma vere bilir, üzəri qabıq bağlayır və qaşınır (dəri xərçənginin bu simptomları tez-tez baş vermir, lakin onları unutmaqda olmaz)

Beləliklə, əgər dərinizdəbir neçə həftə ərzində sağalmayan hər hansı bir ləkələr görsəniz, yaxud da yuxarıda göstərilən melonoma simptomlarından müşahidə etsəniz dərhal həkimə müraciət edin.

Səbəbsiz çəki itirmə
Onkologiyanı başqa cür necə müəyyən etmək olar? Bu haqqda sizin bədəninizin çəkisi deyəcək. Əgər çox az müddətdə (məsələn, iki ay ərzində) heç bir stress halı keçirmədən, ağır fiziki iş görmədən, pəhriz saxlamadan çox çəki atmısınızsa bu halda həkim müayinəsi şərtdir. Çəki atılması xərçəng simptomuyla əlaqəlidirsə o zaman xəstədə digər əlamətlərdə özünü göstərəcək: yüksək yorğunluq, ağrılar və ürəkbulanma.

Həyəcan simptomları yarandığı halda nə etmək lazımdır?
Özünüzdə xərçəng simptomları ilə qarşılaşdığınızda nə etməli? Cavab aydındır: həkimə müraciət etmək lazımdır. Yalnız mütəxəssis vəziyyəti qiymətləndirərək dəqiq müalicə yaza bilər. Məhz həkim diaqnozlar üçün rentgen müayinəsinə, analizlərə yönləndirə bilər.

immunitet.az

loading...

Məsləhət Görürük

goz

Görmə qabarının şişləri

Görmə qabarının şişləri. Görmə qabarının şişləri histoloji quruluşuna görə çox vaxt astrositom və qlioblastomalardır. Xəstəlik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Яндекс.Метрика

Designed by F.Aliyev