Qaynar Məqalələr

Diş ağrısının səbəbləri

FB_IMG_1457462990361Diş ağrısı – dişin içərisində, diş toxumasında və onun ətraf hissəsində olan ağrılardır. Diş ağrısı dişlərin çürüməsi, infeksiya, qulaq ağrıları və yaxud da çənə travmaları ilə nəticələnir.  Eyni zamanda diş ağrıları çeynəmə zamanı yaranan ağrılar, qanaxma, çənədə və damaqlarda qızartı şişkinlik ilə müşayiət oluna bilər. Dişlərin tam müalicəsi tibbi mütəxəssis, diş həkimi-stomotoloq tərəfindən həyata keçirilə bilər.

 

Diş ağrılarının səbəbləri

Bu ağrılara səbəb-çənə və damaq xəstəlikləri, travmalar, dişlərin mexaniki  zədələnməsi ola bilər. Əksər hallarda diş ağrılarına diş ətinin zədələnməsi və ya xəstəliyi (iltihabı) səbəb olur. Diş əti — dişin boynunu əhatə edən yumşaq toxumadır. O, sinir, qan və limfa damarlarından ibarətdir. Diş əti xəstəliyi kariesin yaranmasından əmələ gəlir. Lazımi müalicə olunmadığı halda nəinki davamsız ağrıya eləcə də, dişlərin məhvinə səbəb olur.

 

Diş ağrılarına səbəb digər amillər ola bilər:

– plomblama texnologiyasının pozulması;

– diş minasının zədələnməsi;

– diş boynunun açılması.

 

Bütün bu xəstəliklər stomotoloq tərəfindən müalicə tələb edir. Əgər diş ağrısını dayandırmaq üçün effektiv yol tapmısınızsa unutmayın ki, bu müvəqqətidir və heç də sağalması demək deyil. Diş toxumasının özünü bərpa etmək qabiliyyəti yoxdur və müəyyən zamandan sonra bu narahatlıq geri qayıda bilər. Bəzən ağrı uzun müddətlik yox olur, lakin bu faktor iltihab prosesindən kəskin xronikiyə çevrilməni göstərir. Bu da öz növbəsində sinir toxumalarının məhvi, irinli abses və sümük iltihabı (osteomielit) ilə nəticələnə bilər.

İlk ağrı simptomları zamanı stomatoloqa müraciət etmək lazımdır. Bu zaman həkim ağrıya səbəb olan patoloji səbəbləri taparaq düzgün müalicəni təyin edəcək.

Bəzən diş ağrıları altında digər xəstəliklər “maskalanır”. Məsələn, çənə oynaqlarının xəstəlikləri zamanı diş ağrısına bənzər bir hiss ola bilər

Əgər diş ağrısı yaranan vaxt dərhal həkimə müraciət etmək imkanı yoxdursa o zaman  diş ağrısından azad olmaq üçün bir neçə həll yolunu sınamaq lazımdır:

– müntəzəm dişləri təmizləmək;

– diş sapı ilədişlərin arasını təmizləmək;

– ağız boşluğunu dəniz duzu (olmadığı halda adi duzla), soda və yaxud da iliq su ilə yaxalamaq;

– ağrıkəsici qəbul etmək;

– xalq təbabətindən istifadə etmək.

Ağrıya səbəb kariesdirsə o zaman ilk növbədə bütün qıcıqlandırıcı faktorları uzaqlaşdırmaq lazımdır. Qida qəbulunu dayandırmalı və ağız boşluğunu bacardıqca tez-tez yaxalamaq lazımdır. Dişlərdə yaranmış “çuxur”lara dolan qida qırıntılarından azad olduqdan sonra yaranmış ağrı keçəcək. Qarqara təsirini artırmaq və toxumalardakı şişkinliyi aradan qaldırmaq üçün antiseptik təsirə malik dərman bitkilərindən hazırlanmış məhlullardan istifadə etmək də məqsədəuyğundur. Çobanyastığı, nərgiz, adaçayı, bağayarpağı kimi bitkilərin dəmləməsindən istifadə edə bilərsiniz.

 

Ağrıkəsici qəbul etmək istədiyiniz zaman isə dərman preparatının təlimatı, gündəlik qəbul olunacaq dozası, digər təsirləri ilə ətraflı tanış olun.

immunitet.az

loading...

Məsləhət Görürük

dis

Ağıza qulluq

  Ağıza qulluq. Dişlərin sağlam olmasının ilk şərti – onları hər gün səhər və axşam …

Яндекс.Метрика

Designed by F.Aliyev