DİQQƏT QRİP! Xəstələnməmək üçün 10 faydalı məsləhət

12717671_112820619107511_7504900829413175584_nQripə ilin istənilən mövsümündə yoluxmaq olar. Lakin əsasən insanlar bu xəstəliyə qış aylarında yoluxurlar. Təəssüf ki, müasir tibb hələ qripə qarşı maksimum qorunma preparatlarını icad edə bilməyib. Hətta peyvəndlərlə də bunun qarşısını almaq mümkün deyil. Ancaq, bəzi sadə qaydalara riayət etsəniz yoluxma riskini minimuma endirə bilərsiniz.
QRİPİN PROFİLAKTİKASI:
1) Toplumdan uzaq olmağa çalışın:
Demək olar ki, hər birimiz gündəlik həyatımızda ictimai nəqliyyatdan istifadə edərək işə, dərsə və digər işlərimizə gedirik. Bu isə o deməkdir ki, biz insanlar toplumuna düşürük və sözsüz ki, bununla da infeksiyaya yoluxma riski çoxalır. Məhz buna görə də, belə toplumdan uzaq olmaq lazımdır. Mümkün olduğu qədər piyada gedin.


2) Müntəzəm olaraq əllərinizi yuyun:
Çox insanlar bu prosedura o qədər də diqqət yetirmir. Əslində əllər ictimai yerlərdə olduqdan sonra yuyulmalıdır. Bu sadə məsləhətə riayət etsəniz nəinki qripdən, hətta digər infeksion xəstəliklərdən qoruna bilərsiniz
.


3) Soyuqdan qorunun:
Boyunu və ayaqları istidə saxlamaq mütləqdir. Bu əsasən yaz və payız mövsümlərində önəmlidir. Adətən bu mövsümlərdə bizə elə gəlirkii havalar bizə yüngül geyimlər geyinməyə imkan verir, lakin belə istilik aldadıcı olur.


4) Xəstə insanlarla ünsiyyətdə olmayın:
İctimai nəqliyyatda gedən zaman, hər hansısa bir növbədə və ya dayanacaqda dayanmısınızsa ətrafınızda xəstə vəziyyətdə görünən insanlarla ünsiyyət qurmayın. Əgər ailə üzvlərindən biri qripə yoluxubsa və siz onunla bir yerdə yaşayırsınızsa o zaman çalışın həmin insanla az-az qarşılaşın. Eləcə də, heç bir halda xəstə insanın qabından istifadə etməyin.


5) Tez-tez “sulu” təmizlik edin:
“Sulu” təmizlik – qripin qarşısını almaq üçün mütləqdir. Bu proseduru bacardıqca tez-tez, mümkün olarsa hər gün edin. Əgər evdə qripə yoluxmuş xəstə varsa o zaman bu təmizliyi gün ərzində 3 dəfə etmək lazımdır. Qeyd etmək lazımdır ki, bu dərin təmizlik üsulu deyil. Sadəcə döşəməni və mebeli nəm bir parça ilə silmək yetərlidir. Təmizlik etdikdən sonra otağın havasını mütləq dəyişin.


6) Düzgün və rejimli qida qəbul edin:
Unutmaq olmaz ki, qripə xəstə insanla ünsiyyətdə olmadan da, yoluxmaq mümkündür. İlk növbədə xəstəliyə səbəb immun sisteminin zəfləməsidir. İmmunitetin zəifləməsinə səbəb isə düzgün olmayan qidalanma və rejim pozuntusu ola bilər. “Düzgün qidalanma” – sizin rasionunuzun müxtəlif və çeşidli məhsullarla zəngin olması deməkdir. Çoxlu sayda meyvə-tərəvəz yeyilməsi arzuolunandır. Rejimin pozulması orqanizmə böyük zərər verir. Sağlam orqanizm üçün ən az 8 saat yatmaq lazımdır. Günorta yuxusunun da faydası var.


7) Spirtli içki istifadəsini minimuma endirin:
Yəqin ki, çoxlarınız alkoqolun qrip və digər xəstəliklər üçün faydalı olduğunu eşitmisiniz. Əslində isə bu heç bir əsası olmayan bir mifdir! Bundan başqa spirtli içkilər immunitetə mənfi təsir göstərir, ona görə də çalışın ondan istifadə etməyin.


8) İdmanla məşğul olmağa çalışın:
Günə səhər məşqləri ilə başlayın. Bu qrip və digər xəstəliklərin qarşısını almaq üçün əla tədbir vasitəsidir. Məşqlərə 20 dəqiqə vaxt xərcləyəcəksiniz, lakin əvəzində möhkəm sağlamlıq və gözəl əhval-ruhiyyə qazanacaqsınız.


9) Həddən artıq özünüzü yormayın:
Belə bir deyim var ki, çox işləmək çox alkoqol qəbul etməkdən daha pisdir. Müəyyən dərəcədə bu hardasa doğrudur. Əgər həddindən artıq işlə məşğul olunarsa o zaman orqanizm zəifləyər, xəstəliklərlə mübarizə etməyə gücü çatmaz. Əgər belə bir alışqanlığınız varsa o zaman mütləq dincəlməyi öyrənməlisiniz. Həftənin bir gününü ayırın və onu yalnız istirahətə xərcləyin.

10) Çoxlu maye qəbul edin:
Su – həyatdır! İmmuniteti normada saxlamaq üçün ən az gün ərzində 8 dəfə qəbul edilməlidir.
Eləcə də, orqanizmi gücləndirmək üçün müxtəlif faydalı, vitaminli içkilərdən istifadə edin (kisel, kompot, təbii meyvə-tərəvəz şirələri, otlardan çay və dəmləmələr).
Dostlarınızla bu məlumatları paylaşın. Yaxınlarınızı xəstəlikdən qoruyun!

 

immunitet.az

loading...

Məsləhət Görürük

salmo

Salmonella xəstəlikləri

Salmonella xəstəlikləri Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər …

Яндекс.Метрика

Designed by F.Aliyev