Kalorisi az olan seher yemeyinin faydaları

12801104_139819636407609_2648506591191970519_nSəhər yeməyi günün ən əhəmiyyətli bir hissəsidir. Belə ki, kilo atmaq istədiyinizdə də səhər yeməyindən imtina etmək məcburiyyətində qalmayacaqsınız. Bu səbəblə burada sizlərə mütəxəssislərin təklif etdikləri kalorisi az olan nahar təkliflərini təqdim edəcəyik. Həm az kaloriyə sahib həm də bəsləyici dəyəri yüksək olan səhər yeməyi təklifləri sizə günə gümrah və sağlam başlamanıza yardım olacaq.

Mütəxəssislərin məsləhət etdikləri səhər naharı hər zaman yumurta olur. Bəs yumurtanı göbələklə hazırlamağı heç sınadınızmı? Göbələkli omletin kalorisi 306-dır. 2 ədəd yumurta, 3 xörək qaşığı göbələk, 1 desert qaşığı zeytun yağı ilə hazırlanan bu omletin yanında istədiyiniz qədər göyərti və 1 dilim çörək istifadə edə bilərsiniz.

Bəzi insanlar səhərlər heçbir qida qəbul etməyi sevməzlər. Belə insanlar günün ən önəmli “pay”ından vaz keçər bir neçə saat sonra gözləri dönmüş bir şəkildə acarlar. Bunun heç də doğru bir şey olmadığını söyləmək olar. Çünki səhər yeməyi günün imtina olunmayan bir hissəsidir. Belə olduğu halda en azından 1 stəkan bananlı süd qəbul edilməsi məsləhətdir. Bir stəkan bananlı südün kalorisi 356-dır.

Sağlamlığınızı qorumağa səhər naharından başlayınki, bütün gün ərzində əhval-ruhiyyəniz də gözəl olsun.

immunitet.az

loading...

Məsləhət Görürük

zeka

Zəkanı və yaddaşı artırmağın 15 yolu

Zəkanı və yaddaşı artırmağın 15 yolu. Alimlərin hesablamalarına görə insan beyninin ən yaxşı işlədiyi yaş …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Яндекс.Метрика

Designed by F.Aliyev