Qaynar Məqalələr

Günəş şüalarının faydaları və zərərləri

 

1232993ab12725913bed192c23b68319-1024x666

Günəş şüalarının faydaları

Günəş şüalarından az miqdarda və doğru zamanlarda istifadə etsəniz  görmə organınızda (gözlərdə) günəş şüalarından çox müsbət təsir ortaya çıxar.

Günəş şüaları depresiyanın qarşısını alır

Günəş şüalarının psixologiyaya yaxşı təsir etdiyi və depressiyaya qarşı da faydalı olduğu sübut edilmişdir.

Günəş şüaları D vitamini səviyyəsini artırır
Bədənimiz üçün son dərəcə əhəmiyyətli olan D vitaminini çöldən alacağımız bir qida yoxdur. Ya dərman preparatıyla alınır ya da günəşdən. Ən sağlıqlı olanı günəşdən alınan D vitaminidir. Gündəlik olaraq səhər saatlarında saat 10-a qədər və 16:00-dan sonra olan günəş işığında 15-20 dəqiqəlik ovuc içlərini günəşə doğru tutsanız bədəninizin yetəri qədər D vitamini depolamasını təmin etmiş olacaqsınız.  D vitamini uşaqların böyüməsi üçün olduqca təsirli bir vitamindir. Yalnız uşaq deyil, böyüklər üçün də son dərəcə əhəmiyyətlidir. Sümük zədələnmələri və formalaşması üçün olduqca əhəmiyyətlidir.

Günəş şüalarının zərərləri
Təəssüf ki, yanlış zamanda və səhv şəkildə istifadə edilən günəş şüaları ölümcül nəticələr yarada bilir. Sıx görülən dəri xərçənginin ən böyük səbəblərindən biri günəş şüalarıdır. Bu dərhal özünü göstərməz, özünü günəş şüalarına qorunmadan buraxanlarda illər keçdikcə dəri problemi meydana gələr və müəyyən bir zaman sonra bu vəziyyət dəri xərçənginə çevrilər. Çox insan solyarinin daha “günahsız” olduğunu düşünür. Lakin solyari üzündən dəri xərçəngi olub ölən insan sayı normal günəş şüalarından dəri xərçənginə tutulub ölən insan sayı qədərdir artıq. Yəni ikisi arasında heç bir fərq yoxdur, solyari də son dərəcə təhlükəli və dəri xərçənginin yaranmasına səbəb olan bir faktordur.

Yanlış günəş vannası qəbul etmək bədəndə qalıcı günəş ləkələri meydana gəlməsinə səbəb ola bilər. Günəş ləkələrinin səbəbi də bədənin günəş qarşısında çox müdafiəsiz qalması deməkdir.
Günəş erkən yaşlanmanın ən mühüm səbəbidir. Xüsusilə üz günəş şüalarına qarşı çox müdafiəsizdir. Hər zaman üzünüzü günəş şüalarından qorumalısınız.

immunitet.az

loading...

Məsləhət Görürük

qis

Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı. İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Яндекс.Метрика

Designed by F.Aliyev