Qaynar Məqalələr

Öd daşı xəstəliyi

blood cell typesÖd daşı xəstəliyi.
Qarının sağ üst hissəsində olan, kiçik bir armud şəklindəki öd kisəsi kanallarla qaraciyər, pankreas və bağırsaqlarla əlaqəlidir. Yemək arasında qaraciyər tərəfindən ifraz olunan öd turşusu öd kisəsində depolanır, yemək zamanı öd turşusu öd yolu ilə bağırsaqlara axır və bu turşu qidalarda olan yağın həzm olunmasında istifadə olunur. Buna görədə xüsusilə yağlı yeməkdən sonra yaranan köp və qarın bölgəsindən başlayaraq çiyinə vuran ağrılar öd kisəsi daşı əlamətidir. Ağrı şiddətləndikcə kürək və qarına yayılır. Bu ağrılar 10-15 dəqiqədən 1-2 saata qədər davam edə bilər.
Əgər ağrı 4-5 saatdan çox davam edərsə, bu vəziyyət öd kisəsinin tahriş olduğunu göstərir. Ağrının şiddəti bədənin vəziyyətini dəyişdirir. Ağrının şiddətlənməsiylə birlikdə qusma ola bilər. Bunlardan əlavə xəstə güclü tərləyir, temperatur qalxır və titrəmə olur.
Müalicə.
Öd daşının müalicəsi daşın böyüklüyündən və yerləşdiyi yerdən asılıdır. Əgər daş kiçikdirsə, ağrı vermir, öd axınına heç bir təsiri yoxdursa müalicəyə ehtiyac yoxdur.
Ancaq daş öd kanallarını, öd kisəsini tıxayacaq qədər böyükdürsə, öd axınına mane olursa, şiddətli ağrılar verib və olduğu yerin iltihablanmasına səbəb olursa müalicə olunmalıdır. Müalicə cərrahi yolladır, bu zaman öd kisəsi xaric edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

pankreatit

Xroniki pankreatitin fəsadları

Xroniki pankreatitin fəsadları Xroniki pankreatitin fəsadları dərman terapiyasının effektliyini azaldır və çox zaman cərrahi müdaxilə …

Яндекс.Метрика

Designed by F.Aliyev