Qaynar Məqalələr

Gözləri qorumağın 5 vacib qaydası

Hand-Eye-Coordination-by-Liam-York1. Kompüter istifadə edərkən fasilə verin:

Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm uzağınıza yerləşdirin.

2. Gün eynəyi yalnız aksesuar deyildir:

Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə, allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa gün eynəyi istifadə edin.

3. Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın:

Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız qırmızı ət və dənli bitkilər kimi həzim prosesinə köməkçi olan qidalar ürək üçün faydalı olduğu qədər göz sağlamlığınız üçün də yararlıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağat kimi qidalar ilə yanaşı, C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları ehtiva edən qidalar da istehlak edə bilərsiniz.

4. Gözlərinizdəki problemlərə laqeyd yanaşmayın:

Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa soyuq kompres, antiallergik göz damlalarından istifadə edin. Gözünüzə qum qaçmış kimi hiss edirsinizsə, gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə mütləq göz həkiminə müraciət edin.

5. Linzalarınızın təmizliyinə diqqət yetirin:

Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminiz tərəfindən təsdiq edilmiş damla və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin..

immunitet.az

loading...

Məsləhət Görürük

gozlere qulluq

Gözlərə qulluq

Gözlərə qulluq Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin …

Яндекс.Метрика

Designed by F.Aliyev